“BU TİCARƏT MƏRKƏZİNDƏ QANUNLAR İŞLƏMİR…” – Kəbirə Məmmədovaya ağır ittihamlar

“BU TİCARƏT MƏRKƏZİNDƏ QANUNLAR İŞLƏMİR…” – Kəbirə Məmmədovaya ağır ittihamlar

 

"Artıq nəinki təhlükəsiz işləmək, heç təhlükəsiz yaşamaq imkanımız da yoxdur”

Azərbaycanda "kölgə iqtisadiyyatının” ən çox tüğyan etdiyi obyektlər sırasında iri ticarət mərkəzlərinin xüsusi yerə malik olduğu şübhəsizdir. Bu obyektlərin əksəriyyətində nəinki vergi qnunvericiliyinə, ümumilikdə Azərbaycan qanunlarına məhəl qoyulmur.

"AzPolitika.info”-ya Bakı şəhəri, Sabunçu rayonu, Günəşli küçəsi, ev 14 ünvanında
yaşayan Ağayev Azər Cavanşir oğlunun ölkə başçısına, birinci vitse-prezidentə, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinə ünvanladığı məktub daxil olub. Redaksiyamıza vəkil Qayıb Cənnətov tərəfindən göndərilən həmin məktubu oxuduqca, konkret olaraq, "Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "ARAZAVİA” MMC olan bu obyektdə ölkə qanunlarının işləmədiyinə dair təsəvvür yaranır. Onu da qeyd edək ki, "Binə” sahibkarların ən çox şikayət etdiyi ticarət mərkəzlərindən biridir.

Şikayətçi ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanı özbaşınalıqda, başqasının əmlakını mənimsəməkdə, vergidən yayınmaqda və digər qanunsuz əməllərdə günahlandıraraq, ona məxsus mağazanı əlindən almaq cəhdində ittiham edir.

"30 kvadratlıq mağazaya 97.000 dollar…”

Şikayətçi bildirir ki, 30 kvadrat metrlik mağazanı ona 97 min ABŞ dollarına veriblər: "Mən, Ağayev Azər Cavanşir oğlu "ARAZAVİA” MMC Lökbatan qəsəbəsinə köçənə qədər Binə qəsəbəsində yerləşən ticarət mərkəzində işləmişəm.

bine-ticaret-merkezinde-aksiya-kecirilir

2009-cu ildə ticarət mərkəzi Lökbatan qəsəbəsinə köçdüyü ərəfədə Farxuddinov Radi adlı şəxlə tanış oldum. Bu şəxs bildirdi ki, "ARAZAVİA” MMC-nin təsisçisi Kəbirə Məmmədovaya tikinti materialı olan mişar daşı vermiş, əvəzində isə təsisçi ona 30 kv. metrlik bir mağaza vermişdir ki, onu sataraq, pula çevirsin.

Farxuddinov Radi "ARAZAVİA” MMC-nin sıra 2.4.16 №-li mağazasını həmin vaxt 57.000 AZN qiymətinə satmaq istədiyini bildirdi. Mən də həmin vaxtkı kursla 97.000 ABŞ dollarını 57.000 manata çevirib ona verdim. Bundan sonra o, "ARAZAVİA” MMC ilə özünün bağladığı müqavilənin əslini mənə verdi. Mən bu müqaviləni Kəbirə Məmmədovaya təqdim etdim ki, onu mənim adıma təzələsin. Lakin o, mümayəndələri vasitəsi ilə mənə xəbər göndərdi ki, müqaviləni sənin adına təzələmək üçün 15.000 manat pul ödəmək lazımdır. Mən bildirdim ki, bu mağazanı pul verib almışam, əlavə olaraq müqaviləni təzələmək üçün bu pul çoxdur. Həmin vaxtdan icarə haqqını da ödəməklə işləməyə başaldım.”

"20.000 dolları şəxsən Kəbirə Məmmədovaya verdim…”

KEBI

Azər Ağayev bildirir ki, əlavə olaraq, mağazanın qarşısındakı 10 kvadrat metrlik yeri də ona heç bir rəsmi sənəd təqdim etmədən, 20 min ABŞ dollarına satıblar: "2011-ci ildə həmin mağazanın çıxışı olan 10 kv. metr sahəni Radi Farxuddinovla bağlanmış müqavilə əsasında Kəbirə Məmmədova mənə 20.000 ABŞ dollarına satdı və sahə 40 kv. metr oldu. Mən bu pulu şəxsən Kəbirə Məmmədovaya verdim. Pul veriləndə onun yanında Bəhruz adlı işçisi də var idi. Belə ki, Radi Farxudinovla bağlanılmış müqavilənin bir nüsxəsini Bəhruz onun seyfindən çıxartdı, üzləşdirdi və yerinə qoydu.
29 iyul 2018-ci ildə "ARAZAVİA” MMC ilə aramızda 4.2.16 ünvanlı mağazaya aid yeni icarə müqaviləsi bağlanıldı və bunun üçün də Kəbirə Məmmədovaya 3500 manat pul ödənildi.”

Lakin bütün bu ödənişlərə və müqavilələrə baxmayaraq, günlərin birində ticarət mərkəzinin rəhbərliyi sahibkardan mağazanı tərk etməsini tələb edib: "2019-cu ilin fevral ayında Kəbirə Məmmədova mühafizəçisi Hacı Rövşən adlı birini mağazaya göndərərək, buranın 3 ay müddətinə boşaldılmasını tələb etdi və bir nəfəri gətirərək mağazanın artıq bu şəxsə satıldığını bildirdi.
Mən izah etdim ki, icarə müaviləsi müddətsiz bağlanıb, tərəf kimi mənim razılığım, yaxud məhkəmə qərarı olmadan ləğv etmək olmaz.

"Kəbirə Məmmədova icarə haqqına görə heç kimə mədaxil qəbzi vermir…”

Eyni zamanada, 16 aprel tarixli bir ərizə də göndərdim. Göstərdim ki, 4.2.16 ünvanda yerləşən 30 kv. metr mağazanı 97.000 ABŞ dolları ödəməklə almışam.Bundan əlavə 10 kv. metr sahə üçün Kəbirə Məmmdovaya 20 000 ABŞ dolları, sənədləşmə üçün isə 3500 manat ödəmişəm. Bundan əlavə, 10 il müddətində mağazanı öz vəsaitimlə təmir etdirmiş, həmin dövrdə hər ay 1000 manat olmaqla MMC-yə icarə haqqı ödəmişəm.

Halbuki, müqavilədə icarə haqqının məbləği barədə heç bir ifadə yoxdur və hər ay ödənilən icarə haqqına görə Kəbirə Məmmədova heç kimə mədaxil qəbzi vermir.

1399266576_imeni-2

Kəbirə Məmmədovanın idarə etdiyi bu ticarət mərkəzində Azərbaycan qanunları işləmir. Kəbirə Məmmədova mağazanın dəyərini əvvəlcədən alır, amma əvəzində mülkiyyət sənədi vermək əvəzinə, bir icarə müqaviləsi yazıb verir, sonra isə nə vaxt istəsə özünün mühafizəçilərini icarəçinin üstünə göndərərək, onu mağazadan qovdurur. İki dəfə mühafizəçilər mağazaya gələrək, məni hədələyiblər. Artıq nəinki təhlükəsiz işləmək, heç təhlükəsiz yaşamaq imkanımız da yoxdur.”

Ölkə başçısına müraciət edən sahibkar sonda xahiş edir ki, bütün bu hərəkətlərə hüquqi qiymət verilsin, təhlükəsiz işləmək və yaşamaq haqqının qorunması üçün zəruri tədbirlər görülsün.

Şikayət məktubunda yazılanlarla bağlı "ARAZAVİA” MMC-nin də mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti