Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Sozcu.info -un xəbərinə görə, vitse-spiker deputatları qanun layihəsi və gündəlikdə müzakirə edilən məsələlər haqqında danışmağa dəvət edib.
Z.Əsgərov bildirib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil: "Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.
Vitse-spikerin bu iradına komitə sədri Siyavuş Novruzov etiraz edib.
YAP icra katibinin müavini bildirib ki, elə sözlər var ki, deputatlar onu sosial şəbəkələrdə deyil, burada deməlidir. Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olub: "Biz belə məsələləri ortaya qoymalıyıq. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda on illərdir ki, işləyir. Azərbaycanda neft çıxaranda bura təhlükəli deyildi, amma "Arsenal” komandası gələndə təhlükəli olur? Biz bu məsələləri deməliyik. Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olduğu halda, belə ədalətsiz fikirlər səsləndirilir? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbaycan üzərindən NATO-nun yükləri Əfqanıstana daşınanda problem yox idi. Ancaq iki ingilis komandası Bakıya gələndə təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmur, havada problem yaranır. Erməni diasporu sapı özümüzdən olan baltalara 5 manat verib, bizə qarşı istifadə edirlər”.
Komitə sədri deyib ki, Azərbaycana qarış qüvvələr eyni vaxtda hərəkətə keçiblər. Onun fikrincə, bunun düyməsi eyni yerdən sıxılıb: "Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz sinəmizi qabağa verib, elə dövlətlərə, siyasətçilərə, idman təşkilatlarına cavab verməliyik. Belə məsələləri pərdələmək olmaz. Azərbaycanda xalqla iqtidar birliyi var”.