8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rio Olimpiadası Gənclər və İdman Nazirliyinin ləğvini yenidən aktuallaşdırır
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından verilən məlumatlar Azərbaycanlı azerkeşlərə sevinc bəxş etmək əvəzinə, kədərə səbəb olur. Sadəcə olaraq Gənclər və İdman Nazirliyinin veb saytına baxmaq kifayətdir ki, Azərbaycanlı idmançıların uğursuz çıxış etdiklərini görəsən. XXXI Yay Olimpiya Oyunlarından verilən məlumatlar nazirliyin saytında aşağıdakı başlıqlar altında verilib:
-Güləşçimiz Elvin Mirzəyev dünya və Avropa çempionuna məğlub olaraq mübarizəni dayandırdı;
-Rövşən Bayramov "Rio-2016”da bürünc medal uğrunda görüşdə məğlub olub:
-Teymur Məmmədov də mübarizəni dayandırdı:
Göründüyü kimi Gənclər və İdman Nazirliyinin veb saytı (http://www.mys.gov.az/news/20160816085610564.html) əsasən məğlubiyyət haqqında məlumatlarla zəngindir. Yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən İran əsilli Sabah Şəriətinin qazandığı bürünc medal isə Azərbaycan idmansevərləri üçün təsəlli ola bilməz. İranda anadan olan, Azərbaycan yığmasına cəlb edilən güləşçi Azərbaycan idman məktəbinin təmsilçisi deyil. Sabah Şəriətinin bayrağımızı dalğalandırması bizləri nə qədər sevindirsə də, Rio-de-Janeyroya gedən 56 nəfər Azərbaycan idmançısının zəif çıxış etdiyi göz önündədir. XXXI Yay Olimpiya Oyunlarının sona çatmasına bir neçə gün qalmış Azərbaycan idmançılarının nailiyyətləri ürək açan deyil. Əgər qarşıdakı bir neçə gündə ən azı bir qızıl medal qazanılmasa gənclər və idman naziri
"Yeni Sözçü" qəzeti