Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Hakim Abdullayeva tərəfindən çıxarılmış gizli və saxta qətnaməyə əsasən, cinayətkar qrup mənə məxsus mənzilimi saxta sənədlərlə 90.000 ABŞ dollar dəyərində satıb” Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən "Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edən Y.Bayramov Nizami rayon Məhkəməsinin hakimi Aygün Abdullayevanın qanunsuz olaraq onun evinin ələ keçirilməsinə şərait yaratdığını iddia edir. Onun sözlərinə görə, A.Bayramova başda olmaqla bəzi hakimlər mütəşəkkil dəstəni müdafiə edərək, cinayətkar şəbəkənin fəaliyyətin geniş meydan veriblər:
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/lke_ehalisinin_canini_ramiz_rzayevden_qurtarin_-_evi_elinden_alinan_yasin_bayramovdan_prezidente_mracit)
Hörmətli Prezident!
Siz 2017-ci ildə işində yol verdiyi nöqsanlara görə A.Abdullayevanı Bakı Apellyasiya Məhkəməsində hakim işləyərkən vəzifəsindən azad etmisiniz. Hakim A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı gizli və saxta çıxardığı qətnaməsində xarici ölkədə yaşamış Bayramov Ziyədəli Yasin oğlunun adından çıxış qeyd edib. Məhkəmənin saxta protokoluna saxta izahat qeyd etdirib. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018-ci il tarixli 33/5010 saylı məktubunda qeyd edir ki, Bayramov Ziyədəli Yasin oğlunun ölkədən çıxışı 22.02.2006-cı ildə olub. Onun 31.12.2006-cı il tarixədək ölkəyə girişi olmamışdır. Dövlət Sərhədi Xidməti Sərhəd Nəzarəti sübut edir ki, uzun müddət Z.Y.Bayramov ölkədə olmayıb. Hal-hazırda iddiaçı hesab olunanlar, məhkəmə bildirişinə əsasən məhkəmə iclasına gəlmirlər. Ona görə ki, onlar iddiaçılar deyillər. Mənim istər Apellyasiya Məhkəməsində, istərsə də Ali Məhkəmədə hakimlər tərəfindən qəsdən, qanunsuz olaraq heç vaxt vəsatətlərim təmin edilmir. Sanki, "Məhkəmələr və hakimlər haqqında” qanunda qeyd edilib ki, hakimlər (qeyd etdiyim məsələ ilə əlaqədar) ziyan çəkənin vəsatətlərini qəbul etməməlidirlər? Mən qeyd etdiyim məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına etdiyim Apellyasiya şikayətimdə qeyd etmişəm ki, hakim A.A.Abdullayeva gizli və saxta çıxardığı qətnamədə Bayramov Orxan İsmayıl oğlunun adından saxta iltizam tərtib etdirib. Onu gizli və saxta qətnaməsində şahid kimi göstərib. Və saxta məhkəmə protokoluna saxta izahat qeyd elətdirib. O.İ.Bayramov qonşularında saxta aktını imzalayıb. Onu etiraf edir. Lakin saxta iltizamı etiraf etmir. Onun qonşuların saxta aktındakı, imzası ilə saxta iltizamdakı imzasını müqayisə edəndə heç bir oxşarlığının olmadığı aydın görünür. O.İ.Bayramov törətdiyi cinayətə görə polis orqanlarından qovulmasına baxmayaraq ixtisasca hüquqşünasdı, vəziyyətin nə yerdə olmasını bilir. Və səmimi bildirir ki, onun saxta iltizamdan xəbəri yoxdur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına demişdi ki, Dövlət o vaxt sarsıla bilər ki, cinayətkar cəzasız qalsın. Ona görə mən göstərdiyim məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimli mənim Apellyasiya şikayətimdə göstərdiyim vəsatətimə əsasən Bayramov Orxan İsmayıl oğlunu, məhkəmə iclasına dəvət etsin. Onun adından yazılmış saxta iltizam sübut olunmaq üçün məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin olunmalıdı. Çünki O.İ.Bayramovun özü də etiraf edir ki, onun saxta iltizamdan xəbəri yoxdur. O.İ.Bayramovun ünvan Nizami rayonu (055 429-10-10) Q.Qarayev prospekti 108 saylı evin 9 saylı mənzildi. İstər Bakı Apellyasiya Məhkəməsi, istərsə Ali Məhkəmənin hakimi A.Abdullayevanın gizli və saxta qətnaməsinin sübut olunmasında maraqlı olmamışlar. Qeyd edilən məsələ barədə hələlik 7 hakim və 3 katib, hakim A.Abdullayevanı qanunsuz olaraq müdafiə edirlər. Həmin katiblərdən 2 nəfəri yüksək vəzifəyə irəli çəkilib. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 111-ci maddəsinə əsasən hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir. Yuxarıda qeyd edilən Qanun 111-ci maddəsinin bütün bəndləri hakim A.Abdullayevaya aiddir.
Mənim yuxarıda qeyd etdiklərimə əsasən hakim A.Abdullayevanın gizli və saxta qətnaməsi ilə bir qrup sübut olunmuş cinayətkarların üzə çıxması üçün köməklik etməyinizi Sizdən xahiş edirəm.
Hörmətli Fikrət müəllim!
Hakim A.Abdullayevanın hakimlər barəsində iltizam icraatının başlanmasını və onun fəaliyyətinin yoxlanmasını Sizdən xahiş edirəm.
Hörmətli İman müəllim!
Sizə xatırladıram ki, Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyət üzrə baxır. Mənim əlavə sübutumu Azərbaycan Respublikasının bütün vətəndaşları və mənim haqqımda olan saxta işi hakim cənab İlham Kərimli hamıdan yaxşı bilir. Sizdən xahiş edirəm, mənim apellyasiya şikayətimdə olan heç olmasa bir vəsatətim yerinə yetirilsin. O.İ.Bayramov məhkəmə iclasına dəvət olunsun onun adından hakim A.Abdullayeva tərəfindən tərtib etdirilmiş saxta iltizam haqqında müzakirə aparılsın və xətşünaslıq ekspertizası təyin edilsin. Azərbaycan Respublikasının MPM-nin 62.1, 62.2, 62.3, 62.4 və 63-cü maddələrinə əsasən hakim cənab İlham Kərimli, Bayramov Orxan İsmayıl oğlunun yuxarıda qeyd etdiyim qanunlara əsasən məhkəmə iclasına dəvət etsin. Belə olan halda məhkəmə cinayətkar qrupun tezliklə ifşa olunmasına nail ola bilər. Azərbaycan xalqı bilər ki, Apellyasiya Məhkəməsində nəhayət qeyd edilən məsələ barədə hakim cənab İlham Kərimli ədalətli qətnamə qəbul etdi. Yuxarıda qeyd etdiklərimə əsasən şikayət ərizəmin qanuni həll edilməsinə köməklik olunmasını xahiş edirəm. Qonşuların saxta aktında Bayramov Orxan İsmayıl oğlu imza edib. Hakim A.A.Abdullayevanın, O.İ.Bayramovun adından tərtib etdirmiş saxta iltizam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Yuxarıda qeyd edilən saxta sənədlərdə O.İ.Bayramovun imzalarını müqayisə edilsə heç bir oxşarlığının olmadığı aşkar görünür. Yuxarıda qeyd etdiklərimə əsasən, O.İ.Bayramov məhkəmə iclasına dəvət olunmasına və onun imzası barədə xətşünaslıq ekspertiza təyin edilməsinə köməklik etməyinizi xahiş edirəm”. Sonda onu da qeyd edək ki, Y.Bayramov 15.07.2019-cu ildə Prezident İlham Əliyevə və Məhkəmə-Hüquq Şurasının rəhbəri Fikrət Məmmədova teleqram da göndərib. O, teleqramda Ali Məhmənin sədri Ramiz Rzayevdən narazılığını qeyd edir: "13 nəfər hakimin fəaliyyətində korrupsiya hüquq pozmaları olması sübutdu. Ali Məhkəmənin sədri Ramiz Rzayev Məhkəmələr və hakimlər haqqında qanunun 83-cü maddəsinin 7-ci bəndini kobud surətdə pozaraq, cinayət törətmiş hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlətinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına qəsdən müraciət etmir. Cinayəti gizlətməyə görə hər bir şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir.
Ali Məhkəmənin sədri Ramiz Rzayevin öz fəaliyyətini davam etdirməsi Konstitusiyaya uyğun deyil. Ölkə əhalisinin canını ondan qurtarmaq Sizdən asılıdır”.
Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova göndərilən teleqramda isə belə vurğulanır: "”Məhkəmələr və hakimlər haqqında” qanunun 111-ci maddəsinin 2-ci bəndinə əsasən cinayət törətmiş hakimlər niyə intizam məsuliyyətinə cəlb edilmirlər?! Ölkə vətəndaşlarının canını cinayət törətmiş hakimlərdən qurtarmaq naminə məni qəbul etmənizi xahiş edirəm”.
Hazırladı: İ.SABİRQIZI
Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.