"Ziya Məmmədov "Hafiz" adı ilə şeirlər yazaraq, məndən qisas almağa çalışır" - Hafiz Hacıyev

"Ziya Məmmədov "Hafiz" adı ilə şeirlər yazaraq, məndən qisas almağa çalışır" - Hafiz Hacıyev

 

Müasir Müsavat Partiyasının sədri, Prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun "Hafiz" təxəllüsü ilə şeirlər yazmasına münasibət bildirib.

Sozcu.info  xəbər verir ki, partiya sədri Demokrat.az-a açıqlamasında deyib ki, bu təxəllüsü Ziya Məmmədova halal etmir:

"Görünür, Ziya Məmmədov çox narahatdır. Mənim ona vurduğum zərbələri hələ də həzm edə bilmir, ona görə də mənim adımla şeirlər yazır. Hələ o çox şeylər yazacaq. Bəlkə qəzəl də dedi. Artıq Ziya Məmmədov mollalığı öyrənir. Düşünürəm ki, Ziya Məmmədov bununla özü haqqında yaranmış siyasi imicini dəyişməyə çalışır. O, bütün diqqətləri özünün xəynatkar əməllərindən yayındırmağa çalışır, amma bu alınmır. Çünki Ziya Məmmədov yığdığı pulları ermənilərin maliyələşdirdiyi şəxslərə ötürür. Mən Ziya Məmmədova demək istəyirəm ki, artıq sənin kartların ortadadır. Etdiyin xəyanətləri gözəl bilirik. Ziya Məmmədov Azərbaycandakı sabitliyi pozmaq üçün əlindən gələni edir. Mən isə bütün bunları ifşa edirəm. Ona görə də Ziya Məmmədov "Hafiz" adı ilə şeirlər yazaraq, məndən qisas almağa çalışır. Mən "Hafiz" təxəllüsünü qətiyyən ona halal etmirəm. Çünki "Hafiz" təxəllüsünü Azərbaycanda yalnız Hafiz Hacıyev və mənim əziz Prezidentim İlham Əliyev daşıya bilər. Yaxşı olar ki, Ziya Məmmədov gedib mollalığını etsin".



Oxşar Xəbərlər

Xəbər lenti