Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
REKTORUN DÖVLƏT MARAQLARIMIZA ZİDD DİSSERTASİYASI İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLƏCƏK
-YENİLƏNDİ
Asif Mərzili: "Bizdə olan məlumata görə, Azərbaycanda yoxa çıxarılmış, tərəfimizdən Ukraynadan tapılıb gətirilmiş biabırçı doktorluq dissertasiyası ilə bağlı rəsmi səviyyədə araşdırma aparılır”
Ölkə KİV-lərində məlumat verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” ("İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva”) mövzusunda yazılmış doktorluq dissertasiyası ətrafında qalmaqal bitib-tükənmir. Belə ki, Azərbaycanda yoxa çıxarılmış doktorluq dissertasiyası, nəhayət, jurnalistlərin peşəkarlığı və zəhməti sayəsində Ukraynada tapılaraq Azərbaycana gətirilmişdir. "Təzadlar” qəzetinin Araşdırma Qrupu həmin doktorluq dissertasiyasını rusdilli iqtisadçı alimlərin araşdırmasına təqdim etmişdir. Ortaya olduqca ciddi faktlar çıxmışdır. Yenə də KİV-lərdə verilən məlumata görə, Azərbaycanın iqtisadi layihələrinin, eləcə də Azərbaycanın siyasi hakimiyyətinin, dövlətin strateji islahatlarının tamamilə əleyhinə olan doktorluq dissertasiyası Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də digər yüksək statuslu məmurlara göndərilmişdir. Bəs hansısa nəticə vardırmı? Pravdainfo.org-un suallarına "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili cavab verir:
-Asif bəy, araşdırmalarınız olduqca diqqəti çəkəndir və Azərbaycan jurnalistikasında ilkdir... Hansısa nəticə, reaksiya varmı?
-Bu sualla bizə az qala hər gün onlarla müraciət vardır. Hətta toyda, yasda belə məndən, əməkdaşlarımızdan bu məsələni soruşurlar. Təbii ki, bizim jurnalist vəzifəmiz dövlətimizin iqtisadi islahatlarının əleyhinə olan, özü də rus dilində yazılaraq dünyanın elm ictimaiyyətinin ixtiyarına verilmiş belə bir dissertasiyanı tapmaq, ictimailəşdirmək idi. Bunu da etdik. Nəinki etdik, biz həm də həmin dissertasiyanı Azərbaycanda 3 rusdilli tanınmış iqtisadçı alimlərin müzakirəsinə verdik...
-Rəylər necə oldu, gözlənilən idimi? Yəni, şübhələrinizdə yanılmamışdınız ki?
-Maraqlıdır ki, rəylərin üçü də eyni oldu... Bundan sonra biz həmin doktorluq dissertasiyasını Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, təhsil naziri C.Bayramova, PA-nın humanitar şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, DTX-nin rəisi Əli Nağıyevə, hətta vergilər, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarova belə göndərdik...
-Maraqlıdır, DTX rəisi Ə.Nağıyevlə iqtisadiyyat naziri M.Cabbarova niyə?
-DTX rəisi cənab Əli Nağıyevə ona görə göndərdik ki, doktorluq dissertasiyasında məqsədli şəkildə dövlətimizin iqtisadi dayaqlarının əleyhinə olan frazalar var idi, dövlətimiz ələ salınırdı, hətta guya hakimiyyətin məlum naşı, təcrübəsiz siyasəti sayəsində Azərbaycanın tezliklə "Banan respublikası”na çevriləcəyi qənaəti paylaşılırdı deyə, bizdə şübhə var idi ki, Ədalət Muradov bu dissertasiyanı Azərbaycana düçmən ölkə olan Ermənistan alimlərinin təsiri altında, onlarla əməkdaşlıqla yazmışdır... Nazir Mikayıl Cabbarova gəlincə, bizdə məlumat var idi ki, Ə.Muradovun 2014-cü ildə rektor təyinatında onun rolu olmuşdur, istədik ki, Mikayıl müəllim bu məsələyə münasibətini ortaya qoysun...
-Bəs aidiyyəti dövlət orqanlarından hansısa reaksiya varmı?
-Bizdə məlumat var ki, olduqca ciddi müzakirələr olub... Təbii ki, araşdırma aparılaraq qərar qəbul ediləcək, buna şübhəmiz yoxdur. Necə ola bilər ki, ən azından bu dövlətin vəzifəsini tutasan və həm də bu dövlətin əleyhinə dissertasiya yazasan? Üstəlik, bu hakimiyyət, xüsusən də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dövr Ədalət Muradov tərəfindən açıq şəkildə, düşməncəsinə ələ salınır, biabır edilir və s. Özü də doktorluq dissertasiyasında. Özü də rus dilində yazılaraq və yüz minlərlə, bəlkə də milyonlarla elmi ictimaiyyətin, tələbənin diqqətinə çatdırılmaqla...
-Əminsinizmi ki, həmin müraciətinizi və doktorluq dissertasiyasını Prezidentə çatdırıblar?
-Əminəm... Çünki cənab Prezident özü dəfələrlə deyib ki, bəzi məlumatları mətbuatdan oxuyur... İkincisi, biz həmin doktorluq dissertasiyasının PDF diskini və əlavə olunmuş məlumatı, müraciəti sifarişli poçt ilə də göndərmişik... Həmçinin bu barədə məlumatları Prezidentin tvitter, FB səhifəsinə də göndərmişik...
***
Xatırladırıq ki, "Təzadlar”ın Araşdırma Qrupu mübahisələndirilən məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə müraciətində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” ("İnteqraüiə perexodnoy gkonomiki v sistemu mirovoqo xozəystva”) mövzusunda doktorluq dissertasiyasındakı qalmaqala səbəb olmuş sitatları təqdim edib. Fikrimizi əsaslandırmaq üçün doktorluq dissertasiyasından götürülmüş bəzi sitatlara təqdim edirik:
"- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, (1, s. 323).
- Xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin "banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).
- Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir - Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir (1, s. 314-315; 2, s. 155).
- Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq "oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).
- Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur... Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar (Bu rəqəm düşmənlərimizin arzuladığı ola bilər. Red.) təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni siyasi hakimiyyətə olan inam və ümidlərdən- Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
- Azərbaycana yatırılan iri xarici investisiya "Əsrin müqaviləsi” adlandırılan (İroniyaya diqqət edin.Red) bir neft kontraktlarıdır... Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydasının ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
- Hakimiyyətin xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasəti ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)
- Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan "Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə gələcəkdə Azərbaycan xalqının rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürüləcəkdir (1, s. 295; 2, 142)”.
Təqdim etdi: ZAUR
Redaksiyadan: bu qalmaqallı məsələ ilə bağlı ADİU-nun bir neçə professor və müəllimi Prezident İlham Əliyevə müraciət edib. Əlavə olaraq təqdim ediləcək...
Oxşar Xəbərlər
Deputat Rəşad Mahmudova yeni vəzifə verildi
50 il əvvəl BMT nəşrində Nəsimini dünyaya tanıtmış şərqşünas - Məqalə müəllifinin kimliyi müəyyən olundu
Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”
Kollec direktoru icra başçısı olmaq istəyir
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq