Vaşinqton SEPAH-a qarşı hərəkətə keçdi – "Qüds alayı"na görə bir neçə şəxs və şirkətə sanksiya tətbiq edildi

Vaşinqton SEPAH-a qarşı hərəkətə keçdi – "Qüds alayı"na görə bir neçə şəxs və şirkətə sanksiya tətbiq edildi

 

ABŞ Maliyyə Nazirliyi bir neçə şəxs və şirkətə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasını qeyri-qanuni maliyyələşdirdiyinə görə sanksiyalar tətbiq edib.

Nazirlik bu şəxs və şirkətlərin SEPAH-a müxtəlif vacib məhsulların Avropa vasitəsilə tədarükünü təşkil etdiyini bildirib. Vaşinqton tədarükün saxta Yəmən valyutası ilə maliyyələşdirildiyini vurğulayıb.

Maliyyə Nazirliyi sanksiyalara "Tejarat Almas Mobin Holdinq”, "Pardaveş Tasvir Rayan”, Almaniyada yerləşən "Forent Texnik”, "Printinq Treyd Sentə” şirkətlərinin məruz qaldığını bildirib. Qara siyahıya həmçinin biznesmen Rza Heydəri və Mahmud Seyfi də düşüb.

Qeyd edək ki, Qüds briqadasına məşhur general Qasım Süleymani rəhbərlik edir. /axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti