İRAN ABŞ BAZALARINA RAKET ZƏRBƏLƏRİ ENDİRDİ! - "Azı 80 ABŞ hərbçisi öldürülüb" (Yenilənir)

İRAN ABŞ BAZALARINA RAKET ZƏRBƏLƏRİ ENDİRDİ!

 

İraqın qərbində yerləşən və ABŞ-a məxsus "Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirilib.

APA xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.

"Reuters”in məlumatına görə, bundan bir qədər sonra Amerikada rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və zərərlər barədə məlumat yoxdur.

"Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

"SEPAH İraqdakı ABŞ-ın "Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın "Twitter” səhifəsində yazılıb.

"ABC” telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.

 

 

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.

ABŞ İranın hücumuna cavab tədbirləri görmək etmək üçün vəziyyəti "tam qiymətləndirilməsi”ni aparır.

Bunu isə ABŞ senatoru Marko Rubio deyib.

"Mənə İraq ərazisindəki koalisiya qüvvələrinin yerləşdiyi iki bazaya İran İslam İnqilabı Keşikçiləri Korpusunun birbaşa hücumları barədə məlumat verilib. Müvafiq cavab tədbirlərini müəyyənləşdirmək üçün vəziyyətin tam qiymətləndirilməsi davam edir”, - deyə Rubio "Twitter” səhifəsində yazıb.

İran dövlət televiziyası isə raket hücumları nəticəsində azı 80 ABŞ hərbçisinin öldürüldüyünü açıqlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti