8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev deyib ki, buraya gəlməkdə məqsədləri veteranların, onların ailələrinin və Qarabağ qazilərinin seçkilərdən gözləntilərini deputatlığa namizədin, həm də bir qəzetçi-yazarın diqqətinə çatdırmaqdır.
Xətai rayonu Veteranlar Birliyinin sədr müavini Əhli Həbiyev, Qarabağ veteranları Temuraz Mansurov, Valeh Nəbiyev, Natiq Bağıyev, Rəhman Camalov, Hicran Əliyeva, Zülfiyyə Əliyeva, Ziyalə Babayeva, Kifayət Eyyubova da söhbətdə iştirak edərək problemlərini və gözləntilərini səsləndiriblər.
Qarabağ veteranı Elşad Məhərrəmov isə çıxışında Qarabağ müharibəsi veteranlarına olan münasibətdən gileylənərək, bunun gənc nəslin vətənpərvərlik şüuruna mənfi təsir etdiyini bildirdi: "Qarabağ əlillərindən fərqli olaraq, Qarabağ müharibəsi veteranları dünyasını dəyişəndə onların ailəsi heç bir sosial təminat ala bilmir, dövlət qayğısını hiss etmir. Nəticədə həmin ailədə böyüyən gənc nəsil görür ki, vətən uğrunda canını qoyanların yaxınları necə əziyyət çəkirlər. Bu vəziyyət dəyişsə gənclər də vətən uğrunda savaşa hazır olar”.
Nərgiz Liftiyeva, Fotolar Məhəmməd Türkmən Musavat.com