"Məni kürəyimdən vurdu, yazıqlar olsun sizə..." - Vitse-prezidentdən deputat Adil Əliyevə sərt ittihamlar

"Məni kürəyimdən vurdu, yazıqlar olsun sizə..."

 

Xəbər verdiyimiz kimi Azərbaycan Kinqboks Federasiyasında böyük qalmaqal yaşanır.

Belə ki, Federasiyanın İdarə Heyətinin sədri, millət vəkili Adil Əliyev öz "Facebook” səhifəsində qurumun bütün rəhbər strukturlarının buraxıldığına dair sənəd paylaşıb.

Mia.az Azinforum.az-a istinadla bildirir ki, buna uzun müddət həmin Federasiyanın vitse-prezideti olan, tanınmış idmançı Güloğlan Cabbarov sərt reaksiya verib və atılan addımı indiki məqamda kürəyindən vurulan bıcaq zərbəsi kimi qiymətləndirib:

"Mən sizə halallıq vermirəm. Məni seckiyə 5 gün qalmış kürəyimdən vurduz . 12 il Federasiyaya təmənnasız xidmət elədim ! Bu , məncə nə dostluga , nə qardaşlığa sığar . Mən ömrümü AKF -yə həsr elədim . Hər zaman Federasiyaya maddiyatla, mənəviyatla dəstək oldum . Bu gün mənim arxalandığım Federasiyamızın rəhbəri məni seckiyə gedərkən, kürəyimdən vurdu. Yazıqıar olsun sizə !!!”.

img


Oxşar Xəbərlər

Xəbər lenti