Ramin Əhmədov deputatlığa namizəd oldu - 16 saylı Seçki Dairəsindən

 

Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, "Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə tanına Ramin Əhmədov da növbədənkənar parlament seçkilərinə qatılıb.

YAP-ın Nizami Rayon Təşkilatının sədr müavini olan R.Əhmədov namizədliyini Yasamal 16 saylı II Seçki Dairəsindən irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə R.Əhmədov özünün facebook səhifəsində xəbər verib.  Ramin Əhmədovun seçkilərdə iştirakı ilə bağlı paylaşdığı açıqlamada qeyd edib ki, namizədliyini müstəqil şəkildə irəli sürüb: "Əlbəttə, Partiyamıza sevgimiz, YAP adına xidmət etmək həvəsimiz tükənməzdir. Əslində seçkiyə qatılmaq qərarım həm də bu sevgidən və daha böyük xidmətlər göstərmək həvəsindən qaynaqlanır.

Seçkiyə qatılmaqla bağlı qərarımın arxasında dayanan ən əsas səbəb isə sözssüz ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin gənclərə ünvanladığı çağırışlardır. "Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır”. Dövlət başçısının bu fikirləri seçkilərdə iştirakla bağlı qərar verməyimdə böyük rol oynadı.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə aparılan islahatlar bir gənc olaraq məni də ölkənin ictimai-siyasi həyatında və quruculuq işlərində daha fəal iştirak etməyə həvəsləndirir.

Odur ki, dövlətimizin var olması diləyi və Prezidentimizin ölkəmizə yeniliklər yaşadan bənzərsiz siyasətinə dəstək vermək məqsədilə özümüzü seçkidə sınamağa gedirik. İnanıram ki, qərarım sizlərin də ürəyincə olacaq və bu işdə öz dəstəyinizlə yanımda olacaqsınız. Dövlətimizə və xalqımıza xeyirli olsun!"

Musavat.com

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ffgfgghhhg.jpg (41 KB)



Oxşar Xəbərlər

Xəbər lenti