İş adamı Sahib İbrahimova istənilən cəza narazılıq yaratdı - vergiyə borcunu da ödəməyib

 

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Prokuror ona törətdiyi əməllərə görə cəza istəyib. Zərərçəkmişlər bu cəzanı ədalətsiz hesab edir.

Sozcu.info  xəbər verir ki, Sahib Ibrahimovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Sonuncu iclasda prokuror çıxış edərək Sahib İbrahimova cəza istəyib.

Prokuror külli miqdarda dələduzluqda, təkrarən vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilən Sahib İbrahimova Cinayət Məcəlləsinin 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir) maddəsi tətbiq edilməklə 5 il 6 ay cəza istəyib.

məhkəmə ile ilgili görsel sonucu

Amma qeyd edilən maddələrlə Sahib İbrahimovu 15 ildən artıq azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

Dövlət ittihamçısı Sahib Ibrahimovun həns edilməsini yox, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edilməsini istəyib.

İşin maraqlı tərəfi isə budur ki, Sahib Ağayev nə zərərçəkmişlərin pulunu, nə də dövlətə olan vergi borcunu ödəyib.

Belə ki, Sahib İbrahimovun 1 milyon 439 min manat vergi borcundan cəmi 37 min manatını ödəyib. Bundan başqa Sahib Ibrahimov qanunsuz sahibkarlıqla məşğul olmağa görə vurduğu 1 milyon 61 min manat ziyanı da ödəməyib.

Sahib İbrahimov ile ilgili görsel sonucu

Sahib İbrahimov həmçinin mənzil alarkən aldadılan zərərçəkmişlərin bir qisminin də pulunu ödəməyib.

Məhkəmə iclasında zərərçəkmiş Ehtibar Allahverdiyevin nümayəndəsi, vəkil Xəqani İmanov iştirak edib.

Vəkil prokurorun istədiyi cəzanın olduqca ədalətsiz olduğunu bildirib. Vəkil qeyd edib ki, nə dövlətə vurulan ziyan, nə də zərərçəkmişlərin pulu ödənilməyib: "Mən belə düşünürəm ki, bu Azərbaycan məhkəmə tarixində ən "ədalətli" cəza tələbidir. Biz təbii ki, bununla razılaşmırıq. Əgər məhkəmə də bu cür hökm çıxararsa, yuxarı instansiya məhkəmələrinə öz şikayətimizi təqdim edəcəyik".

X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Mülki iddia ödənilməyib. Vəkil mülki iddia ilə yanaşı 50 min manat dəyərində mənəvi zərərin də ödənilməsini tələb edib.

162 min 400 dollar zərər ile ilgili görsel sonucu

Müdafiəçi qeyd edib ki, mülki iddia mənzilin geri qaytarılması ilə də ödənilə bilər.

İttihamda göstərilir ki, Sahib İbrahimov "STS” şirkətinin 95 faiz payçısı və "Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus "Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona "STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Sahib İbrahimov buna görə də Q.Rüstəmova "Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində "Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov "Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.

S.İbrahimov iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.



Oxşar Xəbərlər

Xəbər lenti