ReAL PARTİYASI CƏMİ 1 MANDAT ALA BİLDİ – İlqar Məmmədov tərəfdarlarına müraciət etdi

ReAL PARTİYASI CƏMİ 1 MANDAT ALA BİLDİ

 

9 fevralda baş tutan növbədənkənar parlament seçkilərində ReAL Partiyası gözlənildiyinin əksinə olaraq, cəmi 1 mandat ala bilir. 

"AzPolitika.info” Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində yerləşdirilən məlumata istinadən xəbər verir ki, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizəd, tanınmış hüquqşünas Erkin Qədirli 34.2 faiz səslə liderdir. Bu rəqəm həmin dairənin 30 məntəqəsinin 29-dan məlumatlar əsasında yazılıb.

Partiyanın deputat seçiləcəyi gözlənilən daha bir təmsilçisi - 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizəd Natiq Cəfərlinin adı isə MSK-nin informasiya bazasında yoxdur. Baxmayaraq ki, exit-poll dünən günün sonunda bu dairədən məhz N.Cəfərlini qalib elan etmişdi. Rəsmi nəticələrdə həmin dairədən YAP-ın namizədi Səbinə Xasayeva 48 faiz səslə liderdir. Qeyd edək ki, dairənin bütün məntəqlərinin nəticələri hesablanıb.

ReAL Partiyası seçkilərdə 30-a qədər namizədlə iştirak edib. Təşkilatın lideri İlqar Məmmədov üzərindən məhkumluq götürülmədiyindən seçkilərə qatıla bilməyib. O, sosial şəbəkədəki hesabında tərəfdarlarını səslərini qorumaq çün 16 fevralda mitinq keçirməyə çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti