11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
102 saylı Samux-Şəmkir Seçki Dairəsindən V çağırış Azərbaycan Milli Məclisinin deputatı, vitse-spiker Valeh Ələsgərov növbədənkənar parlament seçkilərinə qatılmayıb. Buna səbəb V. Ələsgərovun Prezident İlham Əliyev tərəfindən ötən ilin noyabr ayının 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsidir.
Yeni Azərbaycan Partiyası (YAP) V.Ələsgərovun dairəsindən yeni namizəd irəli sürüb. MSK-nın informasiya bazasında yerləşdirilən məlumata görə, Milli Məclis Aparatının Hərbi və qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov hakim partiyanın rəsmi namizədidir.
Həmin dairədən cəmi 7 nəfərin namizədliyi qeydə alınıb ki, onların əksəriyyəti yerli icra qurumlarının və təhsil müəssisələrinin əməkdaşlarıdır.
DSK-nın siyahısından belə nəticə çıxarmaq olar ki, YAP-ın namizədinin ciddi rəqibi yoxdur.