ABŞ koronavirusa qarşı peyvəndin hazırlanacağı vaxtı açıqladı

ABŞ koronavirusa qarşı peyvəndin hazırlanacağı vaxtı açıqladı

 

ABŞ hökuməti 2021-ci ilin yanvarınadək yeni növ koronavirusa qarşı peyvəndi hazırlayacağını düşünür.

 

Bu barədə ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi bildirib.

 

Entoni Fauçi Entoni Fauçi

 

"Hər şey qaydasında gedərsə, qeyd edilən müddətə peyvəndi hazırlamaq mümkün olacaq. Ancaq bəzi çətinliklərin ortaya çıxacağı da istisna edilmir”, - deyə o qeyd edib.

Fauçinin sözlərinə görə, ABŞ hökuməti daha əvvəl də dərmanın hazırlanması üçün bir neçə perspektivli layihələr hazırlayıb:

"Lakin peyvəndin təhlükəsizliyi ilə bağlı gözlənilmədən şübhələr də yarana bilər. Ehtimal olunur ki, o təhlükəsiz, təsirli olacaq və biz onu tez bir zamanda hazırlayacağıq. Ancaq həmin vaksinə tam zəmanət verə bilmərik. Ümumiyyətlə, bu mərhələdə heç bir dövlət "təhlükəsiz və effektiv” peyvəndin yaradılmasına zəmanət verə bilməz. Nikbinlik nümayiş oluna bilər, ancaq zəmanət vermək mümkün deyil”.

Fauçi bildirib ki, ABŞ-da dərmanın hazırlanması üçün yüz milyonlarla dollar vəsait lazımdır. Vaksinin hazırlanmasında ABŞ-ın bir neçə səhiyyə müəssisəsi birgə işləyir.

Xatırladaq ki, daha əvvəl amerikalı mütəxəssislər koronavirusa qarşı azı 14 potensial peyvəndi sınaqdan keçirmək niyyətində olduqlarını bildirmişdilər. (Qafqazinfo.az)



Oxşar Xəbərlər

Xəbər lenti