NAXÇIVANDA TANINMIŞ HƏKİM KORONAVİRUSDAN ÖLDÜ – Əli İsmayılov uzun illər tibb sahəsində fəaliyyət göstərib

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Naxçıvan Muxatar Respublikasında da koronavirusun yayılması geniş vüsət alıb.
Sozcu.info-a məlumat verən mənbənin sözlərinə görə, son vaxtlar əsasən də Şərur rayonunda bu virusa yoluxanların sayında ciddi artım müşahidə olunur.
Mənbə deyir ki, dünən daha bir tibb işçisi – həkim-travmatoloq Əli İsmayılov da koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, Ə.İsmayılov tanınmış həkim olmaqla yanaşı, tibb sahəsində böyük xiudmətləri olan insandır.
“Hürriyyət” olaraq Əli həkimin ailəsinə və yaxınlarına başsağlığı veririk. İnanırıq ki, onun bir həkim kimi xalqı qarşısında xidmətlərini Uca Yaradan qarşılıqsız qoymayacaqdır.


Oxşar Xəbərlər

Xəbər lenti