TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Fransa hökuməti müsəlmanlara və İslam peyğəmbərinə qarşı -
Bakıdan sərt etiraz...
Fransız nazir məktəblərdə Həzrəti Məhəmmədin animasiyalarını yaymağa, halal qidaları yığışdırmağa çağırıb; Hacı İlqar: “İslamafobiya və Makronun Qarabağ mövqeyi bir-birindən ayrılmır”
Fransa demokratiyadan söz düşəndə “ağzına çullu dovşan sığmır”. Özünü Qərb demokratiyasının beşiyi, plüralizmin az qala banisi sayan fransızlar onlarla eyni vətəndaşlığı, pasportu bölüşən müsəlman əhaliyə gələndə bütün tolerantlığı, multikulturalizmi unudurlar. Hazırda Fransada xüsusən müsəlmanlara münasibətdə qərəzli yanaşma, qərəzli siyasət müşahidə olunur.
Sozcu.info xəbər verir ki, bütün bu provokasiyalara cığır açan səbəb Məhəmməd Peyğəmbərin ziddiyyətli rəsmlərini şagirdlərinə göstərən fransız müəllim Samuel Patynin başının kəsilməsi olub. İslam ənənəsi Məhəmməd Peyğəmbərin və Allahın rəsmi təsvirini açıq şəkildə qadağan edir.
Amma fransızlar yenə qızışdırıcı əməlindən qalmırlar. Bu hadisədən sonra indi ölkənin daxili işlər naziri Gerald Darmanin bazarlarda halal qida üçün xüsusi bölmələrin olmasından narahatlığını dilə gətirib. Darmanin həmin bölmələrin ləğvinin zəruriliyini bildirib. Nazir həddini aşaraq, bir az da irəli gedib və dünya müsəlmanlarının peyğəmbərini təhqir edən cizgi filmlərinin nəşr olunaraq məktəblərdə nümayiş etdirilməsini təklif edib. Göründüyü kimi, Fransa anti-İslam təbliğatını dövlət siyasətinə çevirib. Nazirin peyğəmbəri aşağılayan animasiyalarla uşaqların gözündə müsəlmanlara nifrət yaratmaq, islamafobiyanı gücləndirmək, beyinlərdə islamçılar haqda terrorçu, aqressiv bir obraz formalaşdırmaq niyyəti açıq-aydın hiss olunur.
Əslində əhalisinin böyük əksəriyyəti müsəlman olan azərbaycanlıları terror edən, Xocalıda zorlayan erməni quldurlarını Fransanın dəstəkləməsi təəccüb doğurmamalıdır. Çünki onlar mahiyyətcə anti-islamçıdırlar və müsəlmanlara nifrət edirlər. Halbuki bu Avropa ölkəsində milyonlarla müsəlman yaşayır. Nazir son 3 ildə Fransada məscidlər də daxil olmaqla, 358 yerin bağlandığını və 428 əcnəbinin deportasiya edildiyini bildirib. O, ölkədə yenidən terror hücumlarının olmasıyla bağlı xəbərdarlıq edib. Fransa prezidenti Emmanuel Makron hadisəni islami bir terror hücumu kimi xarakterizə edib.
Amma niyəsə oxşar hadisələr Almaniya, Hollandiya, İspaniyada baş vermir. Niyə Fransa müsəlmanları qızışdırır?
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, dünyada islamafobiya dalğası nəinki aşağı enmir, getdikcə artan xətt üzrə inkişaf edir. Onun fikrincə, Makron hakimiyyəti bu sahədə bir qədər də irəli gedib və təəssüf ki, özü üçün sərt xətt götürüb. İ.İbrahimoğlu hesab edir ki, Fransada vicdan azadlığına nə qədər hörmət olduğu söylənsə də, son illərdə bu ölkədə islamafobik meyllərin çoxaldığını müşahidə edirik:
“Son dönəmlərdə daha qabarıq şəkildə özünü göstərir. Fransa digər Qərb ölkələrindən bu mənada xüsusi fərqlənir. Əfsuslar olsun ki, bütün bunlar insan ləyaqəti, vicdan azadlığı kimi bəşəri dəyərlərin fiaskoya uğramasının göstəricisidir. Əminəm ki, Fransada yaşayan mütərəqqi düşüncəli insanlar və ziyalılar baş verənlərin fərqindədirlər”.
Hacı İlqarın sözlərinə görə, biz müsəlmanlara münasibətə Qarabağ kontekstində də şahid olmuşuq:
“Makron işğalçının tərəfini saxlayır, erməniləri müdafiə edir, Azərbaycanın haqlı antiterror əməliyyatlarına qarşı çıxır. Odur ki, həm islamafobiya, həm Qarabağ məsələsi bir-birindən ayrı deyil. Fransada islamafobiya və Makronun Qarabağla bağlı diskriminativ yanaşması bir-birindən ayrılmır. Hətta deyərdim ki, bu istiqamətdə dünyada bir yarış gedir. Avropa ABŞ və Trampizmin qarşısında dayanmaq əvəzinə, əfsus ki, əksinə, onun bu istiqamətdə strategiyasına uyğun davranmağa üstünlük verir. Lakin bütün bunlar keçicidir və Avropa insanı gedişatın fərqindədir. Hesab edirəm ki, çoxlu maarifçilik işləri aparmaq lazımdır, müsəlman toplumları və sivilizasiyası birgə hərəkət etməlidir”.
Politoloq Ramiyə Məmmədova isə deyir ki, heç bir müsəlman ölkəsində xristian peyğəmbəri təhqir olunmur:
“Əksinə, İsa Məsihə islam dünyasında böyük ehtiram göstərilir. Heç bir radikal islamçı belə onun şəklini cırmaz, yandırmaq, aşağılamaz.Bu günə kimi ərəblər nə İsa, nə yəhudi peyğəmbərinə sataşıblar, animasiya, karikatura çəkiblər. Amma Avropada bu meyllər var. Həmin fransız müəllim özü əcəlini çağırıb. Əlbəttə, kimisə fikrinə görə öldürmək doğru yanaşma deyil. Amma milyonlarla müsəlmanın əsrlərdir qəbul etdiyi peyğəmbərinə ilişmək artıq ideoloji müharibə açmaq deməkdir. Ümumiyyətlə, Fransada islamafobiya güclənib və Makronun dövründə daha xoşagəlməz xarakter alıb. Sən minlərlə müsəlmana Fransa vətəndaşlığı verirsən, digər tərəfdən, onların inancına toxunursan”.
Ekspert hesab edir ki, bu tendensiya Qərbin təbliğ etdiyi dəyərlərə ziddir.
Oxşar Xəbərlər
MÜSƏLMANLARA QARŞI “AVROPASAYAĞI SUSURLUQ” ƏMƏLİYYATI – Fransada millətçi, faşist təşkilatlar niyə gücləndirilir? - ARAŞDIRMA
Şeyx İslamın mahiyyətinin qərəzli şəkildə təhrif edilməsindən gileyləndi
Fransa Amerika vassallığından imtina etdi:avropalılar vahid ordu yarada biləcəklərmi? – Təhlil
“SARI JİLETLİLƏR” HÜQONUN SƏFİLLƏRİNDƏN NƏ İLƏ FƏRQLƏNİR? –Fransa elitasının görməməzliyə vurduğu prekariat qiyamının səbəbi
Xəbər lenti
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq