Borçalı İctimai Birliyinin sədri bəyanat yaydı - Gürcüstandakı seçkilərlə bağlı...

 

8oktyabr 2016-cı ildə  Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi  ilə bağlı Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədovun  Gürcüstanın  dövlət  rəhbərliyinə   və ictimaiyyətinə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

                                                   

Oktyabrin 8-də  keçirilən parlament seçkiləri  Gürcüstanda yaşayan bütün millətlərin həyatında  tarixi  səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin  yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

 Təəssüf ki, azərbaycanlıların sıxyaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindənolan  Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin  nəticəsinə etirazlar zamanı  baş vermiş qarşıdurma  və  bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə  Gürcüstan dövlətinin rəsmiləri xalqı  fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı  baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır. Hesab edirik ki,Gürcüstan  dövlətinin və bölgədə yaşayan soydaşlarmızın  maraqlarına ziddir.  Gürcüstanın  hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış  qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa, düşmən dəyirmanına  su tökə biləcək təxribatlara uymamağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları  dəstəkləyir  və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir.



Oxşar Xəbərlər

Xəbər lenti