8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sentybarın 14-də Borçalı İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirdi. Birliyin yeni rəhbərliyi iyunun 25-də keçirilən növbədənkənar konfransda seçilsə də, ötən müddət ərzində qanunlara hörmət əlaməti olaraq Azərbayan RespublikasıƏdliyyə Nazirliyinin qəbul olunmuş qərarlar verəcəyi hüquqi qiymətin açıqlamasını gözləməyi qərara alınmışdı. Nəhayət ki, nazirlik Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransının, onun qərarlarının hüquqi cəhətdən düzgün olmasını və iegitimliyinin tanınması haqqında qərar vermişdir. Sentyabrın 14-də ilk iclas Kərəm Məmmədlinin sədrliyi ilə keçmişdir. İclasda çıxış edən Borçalı İctimai Birliyinin təsisçiləri Eyvaz Borçalı və Hidayət Nuriyev ədliyyə nazirliyinə verdiyi haqlı qərara görə minətdarlıq etmiş, iyunun 25-də keçirilən növbədənkənar konfransın qərarlarının dövlət tərəfindən tanınmasını bütün mübahisələrə son qoyduğunu və yeni rəhbərliyin artıq fəal şəkildə vəzifəsinin icrasına başlamalı olduğunu vurğulamışlar. Təsisçilər Eyvaz Borçalı və Hidayət Nuriyev birliyin yeni rəhbərliyinə xeyir-dua verərək, soydaşlarının onlardan əməli fəaliyyətgözlədiklərini qeyd etdilər.
Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədli göstərdikləri etimada görə təsisçilərə və yığıncaq iştirakcılarına təşəkkür etdi. Sonra birliyin idarə edilməsi üçün strukturun dərhal formalaşdırılmasını, Gürcüstandan olan tələbələrin üzləşdikləri problem və soydaşlarımızın Azərbaycan Respublikasında miqrant vəziyyətinə düşməsi, yaranan problemlərin həlli istiqamətində atılacaq addımları birliyin ən vacib vəzifəsi olmasını bildirdi. Sədrin təklifi idarə heyyətinin üzvüləri tərəfindən yekdiliklə dəstəkləndi. İdarə Heyyətinin üzərinə düşən vəzifənin icrası ilə bağlı vəzifə bölgüsü aparıldıqdan sonra Gürcüstandan olan tələbələrin test imtahanı verməsinin və əcnəbi kimi təhsil haqqı ödəməsinin ədalətli olmadığı qeyd edildi. Bu problemin həlli birliyin sədri Kərəm Məmmədlinin təklifi ilə geniş müzakirə olduqdan sonra problemin həlli üçün aidiyyatı dövlət orqanlarına müraciətlər edilməsinə qərar verildi. Birlik Gürcüstandan olan soydaşlarımızın miqrasiya problemlərini də müzakirə etdikdən sonra bu problemin həlli üçün müraciətin qəbul olmasına və bu istiqamətdə Azərbaycanın dövlət orqanları ilə fəal iş aparılmasına qərar verildi.
Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransında seçilmiş yeni rəhbərlik soydaşlarına müraciət qəbul edərək onların etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildirdilər.
Borçalı İctimai Birliyinin Mətbuat Xidməti