8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir qrup Ağdam rayon sakini prezident İlham Əliyevə müraciət edərək əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun istefasını tələb etmək niyyətindədir. Buna səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayonundakı yerli idarələrinin məsul şəxslərinin əhaliyə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaqla onları öz haqqları uğrunda və korrupsiyaya qarşı mübarizədən çəkindirmək cəhdlərinin bədnam ənənə halını alması, bu təcrübədən artıq qadınlara qarşı istifadə olunmağa başlaması, bu hərəkətlərə son qoyulması məqsədilə nazir Səlim Müslümova edilən müraciətlərin cavabsız və nəticəsiz qalmasıdır. Nazir Səlim Müslümova ünvanlanan müraciətlərin nəticəsiz qalması Ağdam rayon sakinlərində belə bir təəssürat yaradıb ki, ƏƏSMN yerli idarələrinin məsul şəxsləri tərəfindən əhaliyə qarşı çoxsaylı məhkəmə davalarının açılması nazir Səlim Müslümovun iradəsindən kənar baş vermir. Buna görə də rayon sakinləri prezident İlham Əliyevə müraciət edərək əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu istefaya göndərməyi xahiş edəcəklər. Prezidentə ünvanlacaq müraciətin daha çox rayon sakini tərəfindən imzalanması üçün artıq Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu istefaya göndərilməsi tələbini özündə əks etdirən petisiyanı ictimaiyyətə də açıqlayacaq. Xəbərlə bağlı ƏƏSMN rəsmlərinin mövqelərini öyrənməyə çalışacağıq.
Sozcu.info