Milli Məclisdən deputatlara ev verilməsinə - Reaksiya

 

"Əksər saytlar bu barədə məlumat yayıb. Amma bizdə belə bir məlumat yoxdur".

Bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bir neçə deputata mənzil verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, adıçəkilən millət vəkilləri mənzillə təmin olunmayıb:

"Əgər millət vəkillərinə mənzil verilsəydi, bizim məlumatımız olardı və bu barədə mətbuata məlumat verərdik. Belə bir şey yoxdur. Hətta saytlardan biri yazıb ki, keçmiş millət vəkili Əliməmməd Nuriyevə də mənzil verilib. Belə məlumatların əsası yoxdur”(Axar.az).

Xatırladaq ki, Gününsesi.info saytı bir neçə millət vəkilinə Ağ Şəhərdə mənzil verilməsi barədə məlumat yayıb. Sosial şəbəkələrdə hətta Oqtay Əsədova, Hadı Rəcəbliyə də ev verildiyi iddia edilib.

Hadı Rəcəbli isə sosial şəbəkədəki səhifəsindən ev alması xəbərini təkzib edib.



Oxşar Xəbərlər

Xəbər lenti