4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, – məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: "Bir daha xatırladaq ki, ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.