Borçalı İctimai Birliyinin sədrindən həyəcan təbili - Hədəfdə Borçalıdır, ayılın!

Borçalı İctimai Birliyinin sədrindən həyəcan təbili  - Hədəfdə Borçalıdır, ayılın!

 


 

Hörmətli Dostlar! Hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasının tərkibində olan Dərbənddən başqa Cənubi Qafqazda Azərbaycan Respublikasının sərhədlərindən kənarda milli azlıq statusunda soydaşlarımızın kompakt yaşadıqları yeganə dövlət Azərbaycan Respublikasının strateji dostu və müttəfiqi olan Gürcüstandır. Hazırda Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələr bir çox dövlətlərin kəşfiyyat orqanlarının maraqlarının kəsişdikləri və toqquşduqları düyün nöqtəsinə çevrilmişdir. Soydaşlarımız üzərindən qorxulu oyunlar oynanılmaqdadır :

1. Məzhəb fərqliliyindən "bəhrələn"ərək soydaşlarımızı qarşı-qarşıya qoymaq və bu qarşıdurmadan öz dövlətlərinin mənafeyi naminə istifadə etmək ;
2. Soydaşlarımız arasında etnosdaxili seperatçılığı körükləyərək, onların "fərqli millətə" mənsub olmaları haqqında "nəzəriyyələr" uydurmaq və qondarma etnonimlər yapışdırmaq;
3. Soydaşlarımızdan onsuz da Abxaziya,Cənubi Osetiya,Cavaxetiya kimi bölgələrdə etnik seperatçılıqdan əziyyət çəkən Gürcüstan dövlətinə qarşı seperatçı qüvvə kimi istifadə edərək, milli münaqişə ocağı yaratmaq;
Bu çirkin oyunda çox təəssüf ki bəzən "sapı özümüzdən olan baltalar"la yanaşı,indiki Gürcüstan və Azərbaycan iqtidarlarına müxalif, başları yadların qoltuqlarında olan provakotorlardan geniş şəkildə istifadə olunur. Bu bədnam qüvvələrin içərisində Azərbaycan-Gürcüstan dostluğu üçün çalışan, hər iki dövlətin ictimai-siyasi dairələrində müsbət imici olan ziyalılara,ictimai təşkilatlara və şəxsiyyətlərə qarşı çirkin təbliğat kompaniyası aparılıraq onları aşağılamaq cəhdləri edilir. 
Bəli,bu gün "ofisi olmasa" da, Borçalı İctimai Birliyi bütün qüvvəsi ilə bu cür təxribatçılara qarşı mübarizə aparır və APARACAQDIR!

Borçalı İctimai Birliyinin sədrindən həyəcan təbili  - Hədəfdə Borçalıdır, ayılın!

 


 




Oxşar Xəbərlər

Xəbər lenti