Başkeçiddən başlayan Turan yolçuluğu

Başkeçiddən başlayan Turan yolçuluğu

 

Doğum tarixindən 52 il keçən bir alimin, həm də "Antropologiyanın əsasları” və "Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin, yüzlərlə elmi məqalənin müəllifi antropoloq və etnoqraf  Kərəm Məmmədovun elmi fəaliyyətindən  geniş danışmaq olar. Ancaq məqsədimiz bu deyil. Kərəm Məmmədov bir tarixçi alim kimi elm aləmində özünü təsdiq etmiş, tarix elminə imzasını, möhrünü vurmuş alimdir. Biz bu yazıda Kərəm Məmmədovun elmi nailiyyətlərindən danışmaq niyyətində deyilik. Ancaq onun bu günə kimi elmi fəaliyyətinin diqqətdən kənarda qalan və çox dəyərli tarixi faktlara əsaslanan məqamlarına kiçik bir sərfi-nəzər yetirmək istəyirik. Kərəm Məmmədov Azərbaycan tarixçiliyindəki türk ruhunun təmsilçisi kimi onu yeni mərhələyə götürüb. Bunu onun "Borçalı ərazisində erkən türklər”, "Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları”, "Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında”, "Qafqaz xalqlarının antropoloji tərkibi”, "Qafqazın poleoantropologiyası”, "Azərbaycanlıların etnik antropologiyası”, "Borçalı – Qədim Türk Yurdu”, "Azərbaycanlıların soykökü” və digər elmi məqalələrində çox aydın görmək olur. Həm də yalnız Azərbaycan və Qafqazda türklərin izlərini axtararkən "Altay xalqları”, "Ural xalqları”, "Altay xalqlarında şamançılıq və onun izləri və bu kimi digər məqalələrində türkçülüyün çoğrafiyasını sübut və əsaslarla canlı xəritəyə çevirib. Bu xəritədə türklərin həyat tərzindən tutmuş antropoligiyasına qədər bütün elmentlərinə, izlərinə rast gəlmək olar. Kərəm Məmmədovun tarixçiliyi türk ruhu ilə elmi həqiqətlərin sintezidir, vəhdətidir. Bu tarixçilik özünün ardıcılarını yetrişdirəcək ki, onlar da Azərbaycanın xalqının gerçək tarixini yazacaqlar. Həm də yalnız tarixini deyil, taleyini də müəyyən edəcəklər.

 

 Gördüymüz kimi Kərəm Məmmədov bugünkü ad gününə əliböş gəlməyib. Biz Azərbaycan xalqının təəssübkeşləri Türk dünyasının böyük tədqiqatçılarından biri olaraq Kərəm müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

"Borçalı” İctimai Birliyinin İdarə heyəti



Oxşar Xəbərlər

Xəbər lenti