8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda yaşayan soydaşlarımızın dərdi bitmək-tükənmək bilmir.
"Xalqımızın Gürcüstanda üzləşdiyi problemlərdən birini xahiş edirəm işıqlandırın.
Son zamanlar Gürcüstan hakimiyyətinin bəzi strukturları Xalqımıza qarşı çox amansız münasibət sərgiləməkdədir. ,
Xüsusən, Kaxeti bölgəsində, soydaşlarımızın kompakt yaşadığı Qaraçöp mahalında durum çox pisdir.
30 min əhalisi olan mahalın sakinləri əkiçnilik və maldarlıqla məşğuldur.
Beş il bundan qabaq, Dövlət kənd təsərüffatının inkişafı ilə bağlı əhaliyə 3 fazilik kredit ayırmaq aksiyasına Qaraçöp əhalisi də qoşulub.
Nəticədə əhalinin banklara 120 milyon lari borcu yaranıb.
Problemin əsas qaynağı 3 faizlə verilən kreditinin 18 faiz ödəmə ilə istənilməsidir. Borcları ödəyə bilməyən sakinlərin 15 evi və bir neçə özəl torpaq sahəsi artıq ərəb və çinli investorlara satılıb.
Fevral ayında isə daha 30 ev hərraca çıxarılıb. Qaraçöp əhalisi dövlət orqanlarına, Mərkəzi bank rəhbərliyinə, İnsan haqları Şurasına müraciət etsə də, müsbət cavab ala bilməyib.
Əgər məsələ qısa müddətdə həllini tapmazsa, bu, münaqişə ilə nəticələnə bilər.
Soydaşlarımızı Qərbi azərbaycanlıarın taleyi gözləyir.
Sizdən xahiş edirəm, Azərbaycan hakimiyyətini bu mövzuda bilgiləndirin.
Hörmətlə, Novruz Ismayıloğlu