Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Gömrük işçisi “Kirpi”ni ələ keçirmək istəyir - QALMAQAL
Polad Qasımovun "arıq yabı”ya çevirdiyi "Kirpi”ni oğlu Fuad öldürüb, leşini basdırmaq istəyir
78 illik ömrümün az qala 45 ili ardıcıl olaraq mətbuat aləmində keçib ki, onun da 20 ilə yaxını, nəşr olunan gündən Azərbaycan xalqının ən sevimli və oxunaqlı dərgisi olan "Kirpi” satirik jurnalı ilə bağlıdır. Bu, o "Kirpi”dir ki, 65 il bundan əvvəl, 1952-ci ildə Respublika hökumətinin qərarı ilə ilk və yeganə rəsmi satira jurnalı olaraq yaradılıb və 1990-cı illərə kimi ən populyar, oxunaqlı jurnal kimi, hər nömrəsi 400 min nüsxə ilə çap edilib. O, "Kirpi”dir ki, məşhur "Molla Nəsrəddin”dən sonra Azərbaycanda satira-yumor janrının flaqmanı missiyasını şərəflə daşımışdı. Bu o "Kirpi”dir ki, onun səhifələrində qərəzçilikdən, böhtandan, yalandan, demoqoqiyan uzaq tənqidi yazılar Azərbaycan KP Mərkəzi Komitənin bürolarında dəfələrlə müzakirə edilib, faktların doğruluğu təsdiq olunub və bu sahəyə rəhbərlik edən şəxslər elədikləri bəd əməllərin cəzasını almışdılar.
Bu, o "Kirpi”dir ki, Azərbaycan KP Mərkəzi Komitənin satirik jurnalı kimi tutduğu doğru yolda büdrəmədən yolunu inamla davam etmişdir. Onun qayəsi də, məqsədi də dövlətə və xalqa ləyaqətlə xidmət olmuşdur. Bu, o "Kirpi”dir ki, məşhur satiriklər - o cümlədən Əvəz Sadıx, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Xurşud kimi qüdrətli qələm sahibləri, Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu, Eyvaz Borçalı kimi satirik şairlər, Nəcəfqulu, Adil kimi karikatura ustaları, Mürşüd Dadaşov, Rizvan Cəbiyev, Şükür Həbibzadə və s. felyetonçular cəm olmuş, onların yazdıqları maraqlı və rəngarəng tənqidi yazılar hər yerdə sevilə-sevilə oxunmuşdu.
Hətta onun səhifələrində Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin, Rəsul Rzanın, Süleyman Rəhimovun, Sabir Rəhmanın satirik şeirləri və yumorlu hekayələri dərc olunmuşdu və adı Rusiya Federasiyasından, Qazaxıstandan, Tatarıstandan... eşidilirdi.
O "Kirpi” idi ki, onun adı gələndə rüşvətxorlar, fırıldaqçılar, yalançılar, böhtançılar, oğrular, dövlət malına gizli əl uzadanlar və digər antipotlar, şəxsi mənafelərini dövlət və millət mənafeyindən üstün tutanlar tir-tir əsirdilər.
Bəli, 1952-ci ildən ta 1990-cı illərə qədər "Kirpi” satira jurnalı qarşısına qoyduğu vəzifəni, üzərinə götürdüyü missiyanı ləyaqətlə yerinə yetirdi. Elə ki, Prezident aparatının işlər idarəsi hamiliyi və təsisçiliyi özündən kənara atdı, "Azərbaycan”, "Xalq qəzeti”, "Bakinskiy raboçi”, "Respublika” və sair qəzetlərsayaq, onu himayə etmədi və jurnalın o dövrdəki məsul katibi, Polad Qasımov özünə xas priyomlarla qanuni redaktor Eyvaz Borçalının kürəyini yerə vurub, qeyri-qanuni yolla redaktor kürsüsünə dırmaşdı, "Kirpi”nin tikanları töküldü, sözü kəsərdən, özü nəzərdən düşdü. Tənqid hədəfləri də Polad Qasımovun çəkisinə və sanbalına uyğun gələn hədəflər oldu: Onun həcmi qısaldı, tirajı 4 yüz mindən 1000 nüsxəyə düşdü, aylarla derc edilmədi və müasir Azərbaycan mətbuatının öncülləri sırasında adı çəkilmədi. Nə gəlir vergisini ödəyə bildi, nə də pensiya fonduna vəsait keçirdi və borc-borcun üstünə yığıldı. Məhkəmənin qərarı ilə jurnalın xüsusi hesabı bağlandı və…
Vəziyyətin ağırlığını duyan "baş redaktor” gah prezident aparatının, gah da yerli məmurların adından istifadə edib, ildə üç-dörd nömrə buraxmaqla baş girlədi. Özünün redaktor müavinindən tutmuş, ədəbi işçiyə, müxbirə qədər, kollektivdən xəlvət, müqavilə ilə "işə götürdü” və bu sayaq əməllərin hesabını Azərbaycanın satira köhlənini sil-axsaq yabıya döndərib, onun cırıq şinelinə bürünüb dünyadan köçdü. Allah rəhmət eləsin.
Ölümünün üçüncü günü redaksiyanın yaradıcı heyəti - redaktor müavini, əməkdar jurnalist Səhrəd Məmmədov, məsul katib Arzuman Nəbiyev, felyeton şöbəsinin müdiri Əjdər Əlizadə, bölgə müxbirləri Ənvər, Şahin Səmədli, Tahir Abdulov "Kirpi” vəsiqəsi də ciblərində redaksiyaya gəlib, yenə heyətlə işə başlamaq üçün redaktorun kabinetinin önünə çatanda baxdılar ki, Polad Qasımovun oğlu, Azərbaycan Gömrük Komitəsinin məsul işçisi, oğlu da yanında oturub atasının boş qalan redaktor kreslosunda.
Yaradıcı redaksiya kollektivi, onun hansı əsasa bu kürsüdə oturduğunu soruşanda Fuad bəy ərklə dedi:
- "Kirpi” jurnalı mənim atamın şəxsi "mülkiyyəti” idi. Mən və oğlum da onun varisləri kimi oturmuşuq burada, birimiz təsisçiyik, o birimiz də baş redaktor.
Kollektiv yenə soruşdu:
- Redaktoru redaksiyanın kollektiv seçməlidir. Bu "seçimdən” isə heç birimizin xəbəri yoxdur.
- Hardan olacaq. Sizin hamınızı atam öz sağlığında göndərib müqaviləli işçilər sırasına. Müqavilə ilə çalışanlar isə əsas işçi sayılmır. Ona görə də rəssam, katibə və bir də nəşriyyatın ümumi mühasibi qərar veriblər ki, ata-bala olaq. "Kirpi”nin "sahibləri”. Bu barədə Respublika Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə müraciət də göndərmişik. Bundan belə, jurnalı da eləyəcəyik karikatura məcmuəsi. İndi isə işimizə mane olmayın, bebe.
- O nə deməkdir, Fuad Bəy?
- Yəni basın bayıra.
- Axı siz jurnalist deyilsiniz, gömrük işçisisiniz, atanın isə həm nəşriyyata, həm pensiya fonduna, həm də vergi idarəsinə filan qədər borcu var. Onları nəylə ödəyəcəksiniz?
- Redaksiyanın otaqlarını qaytardım "Azərbaycan” nəşriyyatına. O birilərini də gömrükdən çırpışdıqlarından ödəyəcəm. Bu sizə aid deyil.
- Axı hamımızın cibimizdə atanızın verdiyi qanuni vəsiqə var.
- Elə bircə sizdədir o vəsiqələr? Rəhmətlik atam sağlığında o qədər "jurnalistə” vəsiqə paylayıb ki. Axtarsan, biri də mənim cibimdən çıxar.
Hörmətli oxucular, mən bu məqaləni yazmaya da bilərdim. Amma XX əsr Azərbaycanın satira flaqmanı ildə hər nömrəsi 4 yüz min tirajla çap olunan, bütün Azərbaycan xalqının sevimli dərgisi, öz qərəzsiz, prinsipial və həm də haqdan, ədalətdən yazan, oğruları, fırıldaqçıları, tüfeyliləri, rüşvətxorları, talançıları, yalançıları öz səhifələrində məhşər ayağına çəkən və Azərbaycan mətbuatında özünə layiq, yeri, nüfuzu və sanbalı olan 65 illik şanlı tarixə malik bir jurnalın ayaqlar altına atılmasına, bir satirik jurnalist və ömrünün az qala 20 ilini onun adı və nüfuzu naminə çalışdığıma görə və Polad Qasımov törənlərinin arıq-axsaq yabı bilərək, onun belinə daş yükləməyi mənim şəstimə toxunur.
Bir də bəzi ağzıgöyçəklər ara-bərədə danışırlar ki, Məmməd Əfşan jurnala redaktor gəlmək istəyir. Bunlar boş sözdür. Artıq mənim 78 yaşım var və bu yaşda və bir də bu ağır iqtisadi durumda belə ağır yükün altına girə bilmərəm. Bir də mən Fuad Polad oğlu kimi, Gömrükdə cibgirlik etmirəm ki, oğurladıqlarımla idarələrə olan külli miqdarda borcları ödəyəm. İkinci də, başqa özəl redaksiyalara yel əsib, qoz tökülüb, bircə qalıb P.Qasımov tikanını çoxdan qırxıb, dərisini ütdüyü "Kirpi”.
Hə, Gömrük postu dedim yadıma Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev düşdü. Bu həmin Aydın Əliyevdir ki, heç bir adı, ünvanı, məkanı olmayan bədii şeir parçasına görə məni ötən ilin martında, şeirin müəllifi kimi, məni, xüsusi ittiham qaydasında məhkəməyə verib ağır cəza tələb edirdi.
Amma indi onun adlı, ünvanlı, çinli, vəzifəli, xüsusi geyim forması, furajkası olan işçisi ona həvalə olunan məsul postu buraxıb, jurnalistik, özü də satirik jurnalist və təsisçi, tələbə oğlu da baş redaktor olmaq istəyir. Amma Aydın Əliyev onu görmür və görsə də özünü görməməzliyə vurur. Üstəlik də bir əldə iki qarpız tutmaq foksunu öyrədir, işçilərinə jurnalisti məhkəməyə çəkmək hünər deyil. Əsl hünər belə fokslar çıxardıb, foksçular icad etməkdir, cənab Aydın Əliyev.
Daha bir sualım da Respublika Ədliyyə Nazirinə və onun qeydiyyat idarəsinədir. Hər hansı bir qəzetin dərcinə icazə verəndə oradakı mötəbər şəxslər baxıb öyrənmirlər ki, bu qəzeti təsisçi və ya naşir nəşr etdikləri kimlərdir? Hansı yuvanın quşlarıdır? Onların jurnalist ixtisası varmı? Maliyyə durumları necədir? Yazdıqları nələrdən və kimlərdən olacaq? Yəni Məşədi İbadın sözü olmasın, pəh-pəhlə mətbuata gətirdiyinizin cinsi-növü nəmənə şeydir?
Bu sayaq sorğu-suallar aparmadıqlarına görədir ki, mətbuatımız qalıb bazar alverçilərinin, zootexniklərin, mexaniklərin və digər qeyri-peşə sahiblərinin əlində və nüfuzu da düşüb quyunun dibinə. Onlar da ağıllarına və ağızlarına nə gəlir yazıb tolazlayırlar binəva camaatın üstünə.
Nəhayət, mətbuatın ən yaxın dostu olan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə müraciət edirəm. Azərbaycan mətbuatı tariximizdə 65 il xüsusi yeri, çəkisi və sanbalı olan milli satiramızın layiqli flaqmanı, lakin son illərdə bir para mənəviyyat və dəyər sarıdan kasıb adamların əlində qanunsuz dolanışıq yerinə çevrilən "Kirpi” jurnalını əvvəllər olduğu kimi, yenə də dövlətin himayəsinə verilməsinə, onun redaksiyasının peşəkar, qərəzsiz, prinsipial jurnalistlərlə möhkəmləndirib, itmiş şöhrətini yenidən özünə qaytarsın yenidən Azərbaycan xalqının və dövlətimizin həqiqət güzgüsünə çevirsin.
Məmməd Əfşan,
yazıçı-publisist
Redaksiydan: Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin və Ədliyyə nazirliyinin mövqelərini öyrənməyə çalışacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Loading...
Oxşar Xəbərlər
Peşəkar jurnalist, mübariz qələm sahibi, ən yaxın dost-Polad QASIMOV
Kürdəmirdə seçki qalmaqalı
Baş redaktor dünyasını dəyişdi
Cəlil Məmmədquluzadənin doğum günüdür
Xəbər lenti
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Qazaxda ata və qızı göldə batıb
Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Cəlilabadda avtomobil uşağı vurdu
Neft qiymətləri kəskin dönüş etdi
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Sabah 38 dərəcə isti olacaq
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub