27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xüsusi xidmət və hüquq mühafizə orqanları, əsasən də DTX, onun rəhbəri xaricdən yayımlanan və maliyyələşən internet kanallarının hədəfindədir. Diqqətçəkən məqam budur ki, DTX-nin xarici agentura şəbəkəsi ilə bağlı əməliyyatları intensivləşdikcə bu quruma və rəhbərliyinə qarşı hücumlar da artır.
DTX son vaxtlar Ermənistana ardıcıl kəşfiyyat zərbələri vurur. Belə ki, DTX toplanmış materiallar əsasında “Henoket” analitik mərkəzində çalışan və fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirib.
Aydın məsələdir ki, hələ DTX-nin ictimaiyyətə açıqlanmayan xeyli əməliyyatları var. Təkcə Ermənistana qarşı yox, Qərbdən gələn hücumların da qarşısının alınmasında DTX-nin önəmli rolunun olduğu danılmazdır.
Ən əsası, İran agenturasının Azərbaycanda çökdürülməsi prosesinin başında dayanan əsas dövlət orqanı DTX-dir.
Maraqlıdır, bəzi azərbaycanlı bloger və sosial şəbəkə fəalları DTX-nin timsalında Azərbaycan dövlətini hədəf götürərək nəyə nail olmağa çalışır?
Bu proses təsadüfdür, yoxsa təşkil olunmuş kampaniya?
Axar.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Globalinfo.az-a deyib ki, Avropa ölkələrinin xüsusi xidmət orqanları hazırda ölkəmizin əsas sütunlarını təşkil edən qurumları və onların başında duran şəxsləri hədəfə alırlar:
“Xüsusilə son zamanlar DTX rəhbəri Əli Nağıyevin hədəfə götürülməsinin şahidi oluruq. Bu, səbəbsiz deyil. Son vaxtlar xarici ölkə kəşfiyyatının girdabına keçən şəxslərin ifşa olunub məsuliyyətə cəlb edildiyinin, korrupsiyaya qarşı effektiv addımların atıldığının, Ermənistanla təmas xəttində kəşfiyyat işlərinin uğurla həyata keçirildiyinin şahidi olduq. Məhz buna görə DTX-nin nüfuzdan salınması istiqamətində işlər görülür.
Təsadüfi deyil ki, bu xidmət vaxtilə xarici xüsusi xidmət orqanlarının təyin etdiyi şəxsin bilavasitə əli ilə xeyli nüfuzdan salınmışdı. Bu, dövlətin təhlükəsizliyi üçün ciddi narahatlıq törədən amillərdən idi.
Xoşbəxtlikdən keçmiş MTN-də fəaliyyət göstərən bu dəstə ifşa olunduqdan sonra təşkilatın yenidən qurulması, reabilitasiya olunması baş verdi. Bunun da əsas müəllifi, şübhəsiz, DTX-nin rəisi Əli Nağıyevdir. Əli Nağıyev qısa zamanda təşkilata olan mənfi münasibəti dəyişdi. Belə ki, insanların qurumla bağlı güvəni itmişdi. Bu gün artıq DTX vətəndaşların, dövlətin maraqlarını qoruyan dövlət qurumudur. Vətəndaşlar rahatlıqla bu quruma müraciət edə bilir.
Bu gün xaricdə olan söyüş müxalifətinin bu qurumu hədəfə alması həm də Qarabağda proseslərin Azərbaycanın xeyrinə irəliləməsi ilə bağlıdır. Bu şəxslər birbaşa deyə bilmir ki, biz hansısa dövlətin marağını təmin edirik. Hazırda bunu ayrı-ayrı şəxslər üzərindən və ya qurumları tənqid edərək dolayı yolla dövləti nüfuzdan salmağa çalışırlar”.axar.az