8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tez-tez Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən və qondarma "DQR”-i müstəqil dövlət kimi təqdim edən rusiyalı bloger Anton Nosik 51 yaşında ölüb.
Publika.az xəbər verir ki, Nosik Moskvada evində ölü tapılıb. Onun ölüm səbəbinin qəfil ürəktutması olduğu deyilir. Rusiyalı bloger işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər etdiyi üçün Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahıya” salınmışdı. A.Nosik erməni işğalını ən fəal şəkildə dəstəkləyən və təbliğ edən blogerlərdən idi. O, "Azərbaycan adlı dövlətin yaranmasına görə təəssüf edirəm” kimi ən alçaq sözləri dilə gətirməkdən belə çəkinmir, hətta erməniləri Azərbaycana hücuma sövq edən fikirlər səsləndirirdi. Nosikin Azərbaycan nifrətinin mənbəyi ictimaiyyət üçün müəmmalı olaraq qalır, lakin bir məqam dəqiq idi: o, ermənidən daha çox erməni idi.