8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya xarici işlər nazirinin mövqeyi Moskvanın mövqeyini nümayiş etdirir
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ ərazisində hər hansı güc əməliyyatlarının və hərbi hərəkətlərin aparılması Azərbaycanın daxili işi olmadığını bəyan edib. Valideynlrindən biri erməni olan Lavrov jurnalistin "Bakı işğal edilmiş ərazilərdə əks-terror əməliyyatlarına başlayarsa Moskvanın mövqeyi necə olacaq, Moskva buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”- sualının cavablandırkən "Bu, Azərbaycanın daxili işi ilə bağlı mövzu deyil”-deyib. Bu faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, onu tanımamaq anlamına gəlir. Bir qayda olaraq beynəlxalq təşkilatların mövqeyini qəbul etməyən Lavrov Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ gündəmə gələndə dərhal BMT Təhlükəsizlik Şurasının qərarlarını xatırladır. Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Rusiyanın və ATƏT-in vasitəçiliyilə atəşkəsin baş tutduğu vaxtdan bu yana işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədədir. "Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir”, - nazir vurğulayb.
Lavrov qeyd edib ki, bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın hazırladığı və həmsədr ölkələrin prezidentlərinin qəbul etdiyi bəyanatlarda, Ermənistan və Azərbaycan prezidentlərinin imzaladıqları sənədlərdə əksini tapıb. Yuxarıda qeyd etdiyimiz kimi Rusiyanın xarici işlər naziri işinə yaradığı zaman beynəlxalq tşkilatların mövqeyinə istinad etdiyi kimi, rəqib hesab etdiyi ABŞ rəsmilərinə də istinad etməkdən çəkinmir. "Bütün bunlar isə yalnız Rusiyanın ermənipərəst mövqeyini pərdələmək üçündür”. Politoloq Xəqani Cəfərli belə hesab edir. Politoloqun sözlərinə görə, bölgədə Rusiya Ermənistan ittifaqı mövcuddur və rəsmi Bakının bunu etiraf etməməsi Lavrov kimilərinin belə fikirlər səsləndirməsinə imkan verir. Azərbaycan bu məsələdə daha prinsipial mövqe tutmalıdır. Rəsmi Bakı geniş kompaniya aparmalı, bununla bağlı BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda müntəzəm məsələlər qaldırmalıdır. Xəqani Cəfərli hesab edir ki, bütün bunların əksinə olaraq, hətta Azərbaycanın özündə belə Rusiyanın ermənipərəst mövqeyinə etirazlar yetərli deyil. Bu vəziyyət Azərbaycanın milli maraqlarına ziddir və Qarabağın rəsmən itirilməsinə səbəb olacaq. "Əgər Azərbaycan bir gün dünya ictimaiyyətinin obyektiv mövqe tutmasını, Azərbaycanın haqlı davasının dəstəklənməsini istəyirsə bu gün Ermənistanın Rusiyanın forpostu, işğalçılıq aləti olduğunu bütün dünyaya sübut etməlidir”. Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla Azərbaycan arasında etnik münaqişə kimi təqdimatı bizim zərərimizədir. "Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda yaranan münaqişənin kökü və inkişaf mərhələləri ilə bağlı bütün dünya boyunca güclü təbliğat kompaniyası aparmalıdır. Bütün dünya görməlidir ki, Qarabağın dağlıq hissəsində yaranmış bu münaqişə Rusiyanın işğalçılıq siyasətinin nəticəsidir. Biz bu problemi ancaq bundan sonra həll edə bilərik”.
Qeyd edək ki, bu mövqe həqiqətə çox yaxındır. Rusiya və Ukrayna özünün ərazi bütövlüyü ilə bağlı məsələdə ona görə dünya ictimaiyyətinin dəstəyini qazana bilir ki, ərazi bütövlüyünə qarşı təhlükənin Rusiyadan gəldiyini göstərə bilir. Azərbaycan isə Rusiyanı hətta dolayısı yolla da olsa, ittiham etmir. Bu isə proseslə bağlı dəqiq məlumatı olanlarda belə bizim əleyhimizə rəy yaradır. Həqiqəti deməkdən çəkinəni kimsə müdafiə etməz. Müdafiəsi olmayan dövlətin isə ərazi bütövlüyünə kimsə hörmət etməz. Əgər Azərbaycan Qarabağın rus-erməni işğalında olduğunu uca səslə bəyan etsə, Lavrov bu qədər anti-Azərbaycan mövqeyi tuta bilməz. Buna görə Azərbaycan həqiqəti deməyə və hər kəsin bu həqiqəti bilməsini təmin etməlidir. Bundan sonra proseslər dəyişə bilər. Əks halda Rusiya ermənilərin əli ilə Qarabağın işğalını davam etdirəcək və öz ərazi bütövlüyünü təmin etmək istəyən Azərbaycana qarşı açıq təhdidlər səsləndirməkdən əl çəkməyəcək.
Çox təəssüflər olsun ki, Lavrovun ermənipərəst mövqeyinə etirazlara hətta Azərbaycanın əksər media orqanları belə cəsarət etmir. Çünki, onların bəziləri Rusiyanın ayrı-ayrı fondları, dövlət strukturları və Bakıdakı geniş şəbəkəsi ilə bağlıdır. Ancaq vəziyyət tədricən dəyişir. Azərbaycan cəmiyyətində Rusiyaya müxtəliftellərlə bağlı olan insanların çəkisi azalır. Bunun əvəzində milli soy-kökünə və inanclarına bağlı qüvvənin cəmiyyətdə çəkisi artır. Bu isə Rusiyanın Azərbaycandakı təsir imkanlarının azalması deməkdir.
Hələlik isə Azərbaycanda Rusiyanın dilmancları, yarınanları çoxdur və onlar Lavrova etiraz etməkdən çəkinmir.
"Yeni Sözçü” qəzeti