Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Mətbuat Şurasının sədri: "Mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər, onlar bizlərdəndir"
Diqqət yetirirəm, son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir.
Ancaq arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər.
Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib.
Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.
2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.
Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.
Cənab İlham Əliyev həmin gün "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də.
2013-cü ilin iyulun 22-də media ictimaiyyəti üçün böyük sevinc yaşandı. Dövlət başçısı "Jurnalistlər evi”nin açılışında iştirak etməklə 156 həmkarımızın xoş gününə şərik oldu, öz xeyir-duasını verdi, eyni zamanda jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoyaraq mediaya diqqət və qayğının davamlı dövlət siyasətinə çevrildiyini növbəti dəfə isbatladı.
Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır. Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizdələrdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq.
Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.
Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir.
Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir.
İyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər. Onlar bizlərdəndir. Özünüz də bunun şahidi olacaqsınız.
Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək.
Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik.
Xanımlar və cənablar, dəyərli həmkarlar, bizə dostlarımızın xoş gününə sevinmək, sevinclərini bölüşmək düşər. Səbrlə o günü gözləyək. Səbrli və təmkinli mövqeyimiz özümüzə verdiyimiz dəyərdir. Bu dəyərə görə bizə, daşıdığımız peşəyə münasibət formalaşır.
Lütfən, bunu da unutmayaq!
Əflatun AMAŞOV,
Mətbuat Şurasının sədri, millət vəkili
Oxşar Xəbərlər
Ərəblər Bakıda çox sayda mənzil almaq istəyirlər
Güzəştli mənzillərlə bağlı qeydiyyat başlayır –
Ev bazarının “həqiqətləri” - Ekspert rəyi
Milli Məclisdən deputatlara ev verilməsinə - Reaksiya
Xəbər lenti
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq