8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.
Azərbaycan və Ermənistanın İran üçün dost dövlətlər olduğunu söyləyən H.Ruhani deyib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: "Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq”.
Öz növbəsində, Ermənistan prezidenti bildirib ki, Yerevan " Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında nizama salınması üzrə Tehranın tarazlaşdırılmış mövqeyini" yüksək qiymətləndirir.
"Danışıqlarda biz qeyd etdik ki, problemin hərbi yolla həlli mümkün deyil və regionda vəziyyətin eskalasiyasına gətirib çıxara biləcək addımların yolverilməzliyini vurğuladıq”, - deyə Sarkisyan əlavə edib.
* * *11:52
İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gəlib.
Ermənistan KİV-i xəbər verir ki, Yerevan hava limanında H.Ruhanini Ermənistan prezidenti Serj Sarkisyan qarşılayıb.
* * *10:00
İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün Yerevana rəsmi səfər edəcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək. "Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması nəzərdə tutulub. Prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verməsi, Ermənistan-İran biznes-forumunda iştirak etməsi nəzərdə tutulub”.