Bu il Azərbaycana 2 milyon nəfərdən artıq əcnəbi gəlib

 

"Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub".

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 727 577 nəfəri Rusiya Federasiyası, 439 305 nəfəri Gürcüstan, 320 904 nəfəri İran, 249 210 nəfəri Türkiyə, 81 742 nəfəri Birləşmiş Ərəb Əmirlikləri,  54 242 nəfəri İraq, 49 809 nəfəri Ukrayna, 31 821 nəfəri Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Şöbədən əlavə ediblər ki, xarici vətəndaşlar daha çox iyul ayında gəlib və onların sayı 313 515 nəfər təşkil edib.

Dövr ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub: müvafiq olaraq 31,9 faiz, 19,2 faiz, 14  faiz və 10,9 faiz.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.



Oxşar Xəbərlər

Xəbər lenti