8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Narkotik istifadəsi və narkotik satışı ilə bağlı bu ilin birinci rübündə qeydə alınan faktlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən toplanıb.
İşçi qrupunun məlumatında göstərilir ki, yanvar-mart aylarında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. Onlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə olub. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr olan müxtəlif növ narkotik vasitələr müsadirə edilib.
639 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 1-i 18 yaşadək, 57-si 18-25 yaşadək, 87-si 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-si fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər,630-u kişilər, 9-u qadınlar,7 nəfəri isə xarici ölkə vətəndaşları olub. Həmçinin İran İslam Respublikasının 1, Gürcüstanın 3 və Rusiya Federasiyasının da 3 vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunanların sayı 108 olub. Onlardan 107-si (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.