15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
"Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması məsələsi gündəmdə deyil".
Sozcu.info bildirir ki, bunu AŞ-ın Azərbaycandakı nümayəndəsi, səfir Zoltan Hernyes deyib.
O bildirib ki, AŞPA-nın yanvar ayında keçirilən sessiyasında da Azərbaycan nümayəndə heyəti çox aktiv iştirak edib:
"Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Odur ki, gündəmdə belə məsələ yoxdur".
AŞPA-nın Azərbaycanda bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edib-etməyəcəyinə gəlincə, səfir hazırda müzakirələr aparıldığını deyib: "Azərbaycan Mərkəzi Seçki Komissiyasından rəsmi dəvət almışıq. Bizdə Komitə nümayəndələri ilə daimi görüşlər keçirilir. Hazırda monitorinq missiyasında iştirak edib-edilməyəcəyi ilə bağlı texniki debatlar gedir".