Ziya Məmmədovun kadrı məzuniyyət haqqını istəyən gənci işdən qovdu - ŞİKAYƏT

Ziya Məmmədovun kadrı məzuniyyət haqqını istəyən gənci işdən qovdu - ŞİKAYƏT

 

Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda deyilir:

"Mən 1993-cü ildə anadan olmuşam. Gəncə Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləyirdim. İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməsəm də, rəis İslam Əsgərov məni işdən çıxartdı. Səbəb kimi isə göstərdi ki, sən subay olduğun üçün yuxarıdan əmir gəldi ki, işdən çıxarılmısan. Əslində isə səbəb bu idi ki, mən ezamiyyət, məzuniyyət və yatmamağa görə pulun verilməsini tələb etmişdim. Hansı ki, təxminən 1000-ə yaxın işçiyə verilməli olan həmin pulları Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov mənimsəyir.

Mənim 25 yaşım var, özüm də nişanlıyam və bu ilin payızında toy etməyə hazırlaşırdıq. Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məni qanunsuz olaraq işdən çıxartdı.

Gəncə Lokomotiv Deposunda 200 dən çox pensiya yaşı ötmüş, çoxlu sayda hərbi xidmətə yararsız şəxslər işləyir. Mən isə Sərhəd Xidmətində hərbi xidmət keçmişəm. İşimə də çox məsuliyyətlə yanaşırdım.

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamı olan Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun korrupsiya əməllərinin sayı-hesabı yoxdur. İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun 1000 nəfərə yaxın işçisi var. İşçilər ancaq burada aylıq əmək haqqı alırlar ki, bunun da 20-30 manatını rəis tutur. Ezamiyyət, məzuniyyət və yatmamağa görə əlavə ödənilməli olan pullar İslam Əsgərov tərəfindən mənimsənilir ki, bu da milyonlarla manat edir.

Ziya Məmədov tutduğu vəzifədən uzaqlaşdırlsa da onun yaxın adamı olan İslam Əsgərov kimi korrupsiyaya qurşanmış saxtakar hələ də insanlara qan uddurur.

Hörmətli Prezidentimiz kadr islahatlarında əsasən gənclərə böyük önəm verir, gənclərin işlə təmin edilmısi üçün xüsusi tapşırıqlar verir. Korrupsiyaya qurşanmış İslam Əsgərov isə cənab Prezidentin gənclər haqqında yürütdüyü siyasətin əleyhinə çıxaraq mənim kimi fiziki qüvvəli, bacarlıqlı gənci qanunsuz olaraq işdən çıxarıb. Bir daha qeyd edirəm ki, səbəb mən ezamiyyət, məzuniyyət və yatmamağa görə pulun verilməsini tələb etməyim olub.

Gəncə Lokomotiv Deposu Ucardan-Qazaxa və Balakən rayonuna kimi olan dəmir yolu stansiyalarını əhatə edir. Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun korrupsiya əməlləri barədə preziden cənab İlham Əliyevə şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, cənab Prezident şikayətimi obyektiv araşdırıb, azğınlaşmış İslam Əsgərovun barasində qanunu tədbirlər görülməsinə tapşırıq verəcək.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Hörmətli Prezident, Sizin gənclər barədə təqdirəlayiq siyasətinizin əleyhinə çıxıb, korrupsiya əməlləri ilə məşğul olan Gəncə Lokomotiv Deposunun rəisi, Ziya Məmmədovun yaxın adamı İslam Əsgərovun dövlətə vurduğu ziyanın məbləği milyonlarla manatdır. Bu korrupsionerin qanunsuzluğuna görə işim itirdim ki, nəticədə də arzularımı həyata keçirə bilməyəcəm. Bu il toy edib ailə həyatı qurmaq istəyirdim. İndi bir rüşvətxor rəisin tamahının qurbanı olub, işsiz, imkansız qalmışam. Sizdən xahiş edirəm, mənə köməklik edin, əvvəlki işimə bərpa olum”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti