7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
"Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.
Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: "Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.
O.Əsədov əlavə edib ki, Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.