Qafqaz Media və Borçalı İctimai Birlikləri Xocalı şəhidlərini andı…

 

 Qafqaz Media və Borçalı İctimai Birlikləri Xocalı şəhidlərini andı…

 


XX əsrin ən dəhşətli soyqım hadisəsi olan Xocalı qətliamının törədilməsinin25 illiyi böyük kədər və hüznlə ölkəmizdə və respublikamızdan kənarda qeyd edilir.

Fevralın 26-da Qafqaz Media İctimai Birliyi və Borçalı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Qafqaz Media İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı qeyd etdi ki, 25 il əvvəl 366-cı motaatıcı alayın hərbiçiləri tərəfindən törədilib. O, bildirdi ki, Xocalı soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. O, həmçinin vurğuladı ki, ermənilərin həyata keçirdiyi qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak edirdi.

Anım mərasimində çıxış edən Borçalı İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmmədli Xocalı soyqırımı haqqında danışdı və bildirdi ki, biz tarixdən ibraət dərsi götürməliyik. K.Məmmədli vurğuladı ki, qisas qiyamətə qalmayacaq. O, ədalətin zəfər çalacağına inandığını dedi.

Tədbir iştirakçılarına "Xocalıya ədalət” sənədli filmi təqdim edildi. Xocalı həqiqətlərinin dünyaya yayılmasına töhfə olan filmdə şahidlər, ziyalılar çıxış edib.

Gənc müğənni Kamran Dəniz sözləri Azadə Taleh Abbasqızına məxsus olan və Bəstəkar Aybənizin musiqi yazdığı "Xocalı” əsərini ifa etdi.

Tədbirdə xalq artisti Eldost Bayram, tanınmış jurnalist, ziyalı İlyas Adgözəlli, habelə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi, Xocalı sakinləri çıxış etdilər.

Gecədə Xocalı şəhidlərinin ruhuna ehsan da verildi…

İradə SARIYEVA



Oxşar Xəbərlər

Xəbər lenti