Əflatun Amaşov:"Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək"

 

Milli Məclisin deputatı Əflatun Amaşov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirlərə qatılmaq üçün fevralın 22-dən 26-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, deputat Avropa Komissiyasının binası önündə keçiriləcək mitinqdə və Xocalı şəhidlərinin anım mərasimlərində iştirak edəcək.

Yığıncaqlarda Xocalı şəhərində amansızcasına qətlə yetirilən dinc azərbaycanlı əhalinin xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən burada törədilən qanlı aksiya barədə tarixi faktlar təqdim ediləcək. Tədbirlərdə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriləcək.

Səfər çərçivəsində Əflatun Amaşovun Belçika parlamentinin üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Fevralın 26-27-də isə deputatımız Niderlandın paytaxtı Amsterdamda Xocalı faciəsi ilə bağlı anım tədbirlərində iştirak edəcək.

Azertac



Oxşar Xəbərlər

Xəbər lenti