8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, 101 saylı binanın qarşısında yerləşən,əvvəllər Dövlət Neft Şirkətinə məxsus olmuş qəzalı yeməkxana binası uçub. Virtualaz.org-un hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, uçqun bu gün saat təxminən 13:00-da baş verib.
Şahidlərin bildirdiyinə görə, hadisə baş verən vaxt yaxınlıqda uşaqlar futbol oynasalar da, vaxtında qaçıb uzaqlaşa biliblər. Xoşbətlikdən xəsarət alan olmayıb, amma uçan binanın qarşısındakı avtomobillərə ciddi ziyan dəyib.
Sakinlər deyiblər ki, qəzalı binaya bitişik evdə yaşayan bir ailə təhlükəsizlik məqsədilə bu gün ərazidən başqa yerə köçürülüb.
"Günorta qəfil gurultuya küçəyə çıxmışıq. Binanın bir tərəfi tamam dağılıb, qonşuların maşınları qalıb altında. Bu bina sovet dövründə tikilib, qəzalı vəziyyətdə idi. 50-ci illərdə Neft Şirkətinin yeməkxanası olub, amma 80-90-cı illərdən boş idi. Bura bitişik binada isə bir ailə yaşayırdı, onlara heç nə olmayıb. Düz uçan binanın qabağında uşaqlar futbol oynayırdılar, yaxşı ki, vaxtında qaçıb uzaqlaşıblar”, - deyə yaxınlıqda yaşayan Manaf İbrahimov bildirir.
Uçan binanın dağıntıları altında qalan 3 avtomobildən ikisi isə tamamilə yararsız vəziyyətə düşüb. Nisbətən kənarda qalan avtomobilə də xeyli ziyan dəyib. Ən çox ziyan çəkən avtomobilin sahibi Mahmud Həsənəliyev deyir ki, hadisə ilə bağlı məsuliyyəti heç kim öz üzərinə götürmək istəmir: "Tamam sıradan çıxan ortadakı maşın -"VAZ 2106” mənimdir. Həmişə saxladığımız yer idi, bu gün də saxlamışdım. Fövqəladə Hallar Nazirliyindən, Binəqədi Rayon İcra Hakimiyyətindən, Polis İdarəsindən gəlib maraqlanıblar, amma heç kim məsuliyyəti öz üzərinə götürmür. "Kasko” sığortam olmadığına görə, dəyən ziyanı ödəyən yoxdur. Əzilmiş "Opel”invə "BYD”nınsahibləridə buradaidilər, indigetdilər. Bizə bir söz deyən yoxdur, deyirlər sabah görüşüb aydınlaşdırarıq. Bilmirik,necə olacaq”, - deyə zərərçəkmiş bildirir.
Binəqədi rayon 4-cü polis bölməsinin əməliyyatçıları da uçqun baş verən ərazidə idilər. Lakin suallarımıza cavab verməkdən imtina etdilər.
Gülnar Əliyeva
Foto Samirə Həsənovanındır
Virtualaz.org