“Hüseyn Abdullayev məndən üzr istəyib” – deputat

 

Dünən Vergilər, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin sabiq deputat Hüseyn Abdullayevlə bağlı yaydıqları birgə məlumatdan belə anlaşılır ki, "Quska”nın işləri fırıqdır və onu Cinayət Məcəlləsinin bir sıra maddəsi ilə ittiham edib uzunmüddətli həbsə göndərəcəklər.

Xatırladaq ki, Quska vaxtilə millət vəkili Fəzail Ağamalıya qarşı etdiyi hərəkətlərə görə qısamüddətli həbs həyatı yaşayıb.

Maraqlıdır, görəsən, H. Abdullayev keçmiş həmkarını təcridxanaya çağırıb ondan üzbəüz üzr istəmək fikrinə düşsə, Fəzail Ağamalı bu təklifi qəbul edərmi?

Moderator.az bu sualla Fəzail Ağamalıya müraciət edərək aşağıdakı cavabı alıb:

"Hüseyn Abdullayev məhkəmədə məndən üzr istəyib. O, məndən yox, törətdiyi əməllərə görə dövlətimizdən və Azərbaycan xalqından üzr istəməlidir. H.Abdullayev dövlətin düşməninə çevrilib”.



Oxşar Xəbərlər

Xəbər lenti