Vəkil: “Hüseyn Abdullayev heç nədən şikayətlənmir”

 

"Hüseyn Abdullayev özünü normal hiss edir, onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur”.

Sozcu.info xəbər verir ki, bunu Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən keçmiş deputatın vəkili Ruhid Əkbərov "Amerikanın səsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəkilləri artıq H. Abdullayevlə görüşüblər. Vəkil hazırda vergidən yayınma ilə əlaqədar açılmış cinayət işi əsasında istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.

O həmçinin qeyd edib ki, H. Abdullayevin saxlanmasının şərtləri ilə bağlı məlumatlı deyil. "Bu barədə heç nə bilmirəm. Ancaq onu deyə bilərəm ki, Hüseyn Abdullayev hazırda Azərbaycandadır. Mən vəkiləm və onun hüquqlarını müdafiə edirəm. Onun statusu, siyasi fəaliyyəti və digər məsələlər mənim səlahiyyətimə aid deyil”.

Qeyd edək ki, keçmiş deputat və psevdosiyasimühacir Hüseyn Abdullayev dünən saxlanılıb və Azərbaycana ekstradisiya olunub. Onun ekstradisiyası Daxili İşlər Nazirliyinin xətti ilə aparılıb.

Onu da xatırladaq ki, Hüseyn Abdullayev uzun illər ölkədəki kölgə iqtisadiyyatına nəzarət edib, qaçaqmalçılıqla məşğul olub, 2-3 min nəfərlik qeyri-rəsmi könüllü silahlı dəstəyə rəhbərlik edib, müstəqil sahibkarları, sözün həqiqi mənasında. əzib. Sonra bütün bunlardan, eləcə də deputat mandatından məhrum edilib və müxalifətə keçib. Daha sonra isə Almaniyaya yollanıb...



Oxşar Xəbərlər

Xəbər lenti