Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info bildirir ki, Milli Məclisin sabiq deputatı, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun yaydığı xüsusi bəyanatda belə deyilir.
Aydın Abbasov bu bəyanatla hökumətə yaxın bəzi KİV-lərdə başda Orduxan Teymurxan olmaqla mühacir müxalifəti fəallarının Abbas Abbasov tərəfindən maliyyələşdirməsi haqda yayılan informasiyaya cavab olaraq çıxış edib.
"Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və Prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim", - deyə bəyanatın mətnində vurğulanır.