Spiker Oktay Əsədov Səməd Seyidova ürək-dirək verdi:“Səməd, narahat olma, möhkəm ol”

Spiker Oktay Əsədov Səməd Seyidova ürək-dirək verdi:“Səməd, narahat olma, möhkəm ol”

 

"Azərbaycana qarşı AŞPA-da qəbul edilən sanksiya ilk deyil. 
Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir”.

Bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, belə bir sanksiya AŞPA-nın Azərbaycan Milli Məclisində keçirilən toplantısında da qəbul olunub: "Amma nə dəyişdi? Heç nə. O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.



Oxşar Xəbərlər

Xəbər lenti