Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar... - Siyahı

Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar... - Siyahı

 

Ötən gün – iyunun 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Səhhətində ciddi problemlər olmasına baxmayaraq, mərhum nazir vəzifə postunu tərk etməmişdi.

Xatırladaq ki, Y.Camalov səhhətindəki ciddi problemlər üzündən vəzifə başında dünyasını dəyişən ilk yüksək çinli məmur deyil.

Sozcu.info modern.az-a istinadən bundan öncə baş vermiş belə hadisələrin qısa xronologiyasını diqqətinizə çatdırır.

 

Azərbaycan səhiyyə nazirinin müaviniAbbas Vəlibəyovbu il aprelin 8-də 71 yaşında vəfat edib. O, öldüyü anadək nazir müavini işləyirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAbbas Ələsgərovda vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18-də vəfat edib.

Azərbaycanın energetika naziriNatiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən il iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə "Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 2017-ci il iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

Arif VəliyevDövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən dünyasını dəyişmişdi. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademikMahmud Kərimov2013-cü fevralın 10-da ürəktutmasından dünyasını dəyişəndə elə həmin postda çalışırdı.

65 yaşında vəfat etmiş M.Kərimov xüsusi təyyarə ilə Türkiyəyə aparılanda elə yoldaca keçinmişdi.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müaviniRauf Pənahovvəfat edəndə istirahətdəydi. O, 2017-ci il iyulun 7-də Qusar rayonunda dincələrkən ürək tutmasından dünyasını dəyişib.



Oxşar Xəbərlər

Xəbər lenti