ELMİRA AXUNDOVANIN ELNUR İBRAHİMOVDAN HESABAT ALDIĞI BİLİNDİ – səs yazısı+stenoqram

 

Əfv Komissiyasının üzvü olan deputatın oğlu Elnur İbrahimova "yarım sroka” həbsdən azad etmək vədi verib

III HİSSƏ
Düz 5 il əvvəl - 2013-cü il iyulun 31-də Həbib Axundov anasının Şüvəlandakı bağ evində hamıya elan edib ki, siz pulları biznesə yox, piramidaya qoymuşdunuz. Bununla da 5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu "Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı bu qalmaqalın mərkəzi fiqurlarına çevrilib. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasına dəlalət edir.

Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirib. Deyib ki, nə vaxtsa düşünə bilməzdi ki, Elmira Axundova, oğlu Həbib belə bir addımlar ata bilərlər. Zərərçəkən deyir ki, Elnur İbrahimovu Elmira Axundovanın evində görüb, tanıyıb. Həbib Axundov da elə evlərində deyib ki, Elnur İbrahimovla şərikli biznes qurublar:

"Favorit” marketlər şəbəkəsi də Elmira Axundovanın imiş...

"Məndən böyük məbləğdə pul alana qədər Həbib Axundov bir neçə dəfə borc pul götürüb qaytarırdı. Onlara inamım vardı. Mən Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı vardı. Həbib mənim dizimin üstündə böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə Elmira Axundova 71 saylı Masallı seçki dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt özünün xahişi ilə səlahiyyətli nümayəndəsi oldum. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Seçkidən 1 müddət sonra onlar ”Favorit" marketlər şəbəkəsini açdılar. "6-ci paralel” küçəsində və şəhərin digər yerlərindəki bu marketlər Elmira Axundovanın idi. Onların Elnur adlı ailəvi dostu var idi. Familiyasını sonradan bildiyim Elnur İbrahimov Elmira Axundovanın evinə gəlib-gedirdi.

Ä°lgili resim

Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları gətirirdilər. Deyirdi ki, biznes üçün Dubayın gömrük orqanlarının müsadirə etdiyi kartricləri alıb Bakıda satırıq, şəbəkə qurmuşuq. Elmira Axundovaya inamım vardı deyə Həbibin dediklərinə şübhə ilə yanaşmadım. Həbib deyirdi ki, anası Milli Məclisin, Apelyasiya Məhkəməsinin tenderlərini udub və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verir. Həbib Axundov məndən borca pul istədi, dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan hər hansı bir xoşagəlməz hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dizimin üstündə böyümüş uşaq mənə qarşı belə hərəkət edər və  anası da bu gün göstərdiyi mövqeyi ortaya qoyar. Təsəvvür edin, 30 aprel 2014-cü ildə Elmira Axundova mənə sms yazıb və ona təcili zəng etməyimi xahiş edib. Həmin sms mətni istintaqa və məhkəməyə təqdim olunub. Ona zəng elədim, dedi, gəl pulu götür. Mən də gedib 250 min manatı götürmüşəm.

Elmira Axundova ile ilgili görsel sonucu

Bu pulu verəndən 2 ay sonra Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkən oldu. Bundan sonra məni hədələdi. Dedi, bu məsələ ilə oğrular məşğul olacaq. Bundan sonra mənə qarşı münasibətləri kəskinləşdi. Dedilər, pulu vermirik, get hara istəyirsən şikayət elə. Mən anasının rəfiqəsinə zəng vurdum. Dedim ki, siz də bu işə pul qoymusuz. Gəlin araşdıraq görək pul hara gedib. Çünki onun rəfiqəsi də, mən də, biz hamımız pulu Həbibə vermişik. Dedim, vəkil tutum və məsələni araşdıraq. Görək pullar harada, kimdədir. Bundan sonra Həbib mənə mesaj yazdı ki, anam sənə hörməti olduğundan 250 min pul verib. Sən də məhkəməyə gedirsənsə get. Səndən fərqli olaraq bizdə sənə qarşı arqumentlər var, əfqanlar Liliya başda olmaqla, məhkəməyə getməyə hazırlaşırlar. Liliya Yusupova Elmira Axundovanın rəfiqəsidir, AzTV-də çalışır. Dedim, getsinlər məhkəməyə. Həbib bilmirdi ki, əlimdə səs yazıları var. Biləndən sonra da məhkəməyə müraciət edib həmin səs yazılarından istifadə etməyimizi qadağan etməyə də baş vurdular".

"Həbib məndən üst-üstə 575 min manat pul alıb”

Fərman Məmmədov deyir ki, Həbib Axundov 2012-ci ildən ondan qurduqları və anası Elmira Axundovanın təriflədiyi biznesə yatırmaq adı ilə pul almağa başlayıb:

"Elmira Axundova da hər fürsətdə Həbibin  gördüyü işlə fəxr etdiyini təkrar-təkrar deyirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğlunun biznesini genişləndirməsi üçün pul yatırmalarını təklif etdi. Fəxrlə deyirdi ki, nəyə nail olmuşamsa, oğlumun hesabına nail olmuşam. Bu çağırışdan sonra deputatın bəzi rəfiqələri də Həbibə pul verdilər. Həbib məndən üst-üstə 575 min manat pul alıb. Deyib ki, işə qoyur. 2013-cü il iyulun əvvəlində pulumu geri istədim. Həmin günə qədər Həbib məndən 535 min manat pul almışdı. İyulun 17-də Həbib bizim evə gəldi. Mənə Elnur İbrahimovla bağladığı 2 müqavilə göstərdi. Həbibə dedim ki, sən kiminlə nə müqavilə bağlamısan, məni maraqlandırmır. Çünki pulu mən sənə vermişəm. Dedi ki, narahat olmayın, yaydır, hamı məzuniyyətdədir, məktəblər işləmir ki, ora kartric, ofis ləvazimatı verək, pul köçürsünlər. Sentyabrdan tenderlər üzrə pullar gələcək, oktyabrdan sizin pulları qaytaracağam. Əlindəki müqaviləni göstərdi, dedi ki, 835 min manatlıq müqavilədir. Həmin müqavilədəki 535 min manat sizin, qalanları isə anamın rəfiqələrinə və dostlarıma məxsus pullardır. Bu müqaviləni mənə göstərməklə Həbib Axundov məni inandırmışdı ki, pulumu qaytaracaq. İbtidai istintaqda da Həbib Axundov gəlib dedi ki, müqavilə üzrə borcu olan adamların pullarını qaytarıb. Mənim 250 min manatımı da anası qaytarıb, qalanını da qaytarmaq istəmirlər. Anası da bilirdi ki, pulları məndən oğlu alıb. Əgər müqavilə üzrə pullar Elnur İbrahimova verilibsə, Həbib Axundov niyə pulları qaytarırdı? 

"Pulunuzu ”Favorit" marketlər şəbəkəsinin dövriyyəsindən çıxarıb gətirib verəcəyəm"

Mənə deyirdi ki, özünün də əlində nə pul varsa, bu işə və "Favorit” marketlər şəbəkəsinə qoyub. Ona görə də mənim pulumu hazırda qaytara bilmir. Buna qədər isə məndən pul alanda Həbib deyirdi ki, siz pulunuzu geri istədiyiniz an mən gedib "Favorit” marketlər şəbəkəsinin dövriyyəsindən çıxarıb gətirib verəcəyəm. Bu söhbətdən 10 gün sonra - iyulun 27-də Həbib Axundov mənə zəng elədi, dedi ki, təcili 40 min manat pul lazımdır, Elnuru göndərir, pulu ona verim. Elə də oldu, pulu verdim. 4 gün sonra, 2013-cü il iyulun 31-də Həbib mənə zəng vurdu və görüşmək istədiyini bildirdi. Görüşəndə də dedi ki, bu iş piramida idi, indi piramida dağılıb. Amma narahat olmayın, sizin pulunuzu qaytaracağam. Həbibin Elnurla bağladığı müqavilə bu gün işin içində var və ibtidai istintaq həmin müqaviləyə hüquqi qiymət verməkdən yayınıb.

İbtidai istintaqda Həbib deyir ki, həmin pulun bir hissəsi Fərman Məmmədovun, onun dostunun və digər şəxslərindir. Ümumiyyətlə isə Həbib Axundov 3 cür ifadə verib. Birində deyir ki, ümumiyyətlə, Fərman Məmmədovdan pul almamışam. Başqa bir ifadəsində deyir ki, 450 min manat borcu var mənə. Başqa bir yerdə isə deyir ki, mənim vasitəmlə Elnura 60-70 min manat verib. Mənə Həbib Axundov qurduğu biznesin piramidada olmasını 2013-cü il iyulun 31-də Zaqulbada deyib. Mən pulu Həbibə vermişdim, pullarımı da ondan geri tələb etdim. Bu görüşdən bir neçə saat sonra Həbib Axundov mənə zəng elədi və dedi ki, Elnur İbrahimovu onun yaxın dostları - Vergilər Nazirliyinin işçiləri olan 2 Anarlar Şüvəlandakı bağ evinə gətirirlər. Məni də ora dəvət etdi. Bir məqamı da xüsusi vurğulayım - iyulun 31-dən avqustun 9-na kimi Elnur İbrahimov Elmira Axundovanın, oğlunun ətrafında olub və həmin tarixdə ölkədən qaçırılıb.

Bu da Elmira Axundovanın səs yazısı

Redaksiyanıza istintaqa və məhkəməyə təqdim etdiyim daha bir səs yazısını və stenoqramını təqdim edirəm. Bu söhbət mənimlə Elmira Axundova arasında olub.

Stenoqramdan sitat:

Elmira Axundova Fərman Məmmədova deyir:

- Biz dünən onunla (yəni Elnurla) oturduq, o mənə bütün "rasklad”ı verdi. Mənin bir xahişim var, oturun üçünüz ya dördünüz, səndən pulunu tələb edən dostun Nazimi də çağır, hansı ki, Elnur mənə deyirdi ki, ona çoxlu pul aparmışam. Mənim yadımdadır o, sizə qazanc pullar aparırdı. Hesablayın kim nə qədər verib, nə qədər qazanıb. Biznes çöküb, bu olan şeydir. Əgər biznes çökübsə kompanyonlar hamısı zərər çəkir. Əslinə qalanda heç kim heç kimə heç nə verməli deyil. Lakin sənin mənim dostum olmağını və həyatda mənə çox kömək etməyini nəzərə alaraq mən Həbibə dedim ki, axırıncı məbləği dəqiqləşdirin, kim kimə nə qədər verməlidir, sən ona (yəni Həbib Axundov Fərman Məmmədova) söz vermisən, o da dedi ki, mama, mən hər şeyi başa düşürəm, nəyim var satacam və Fərman dayının pulunu qaytaracam. Həm də bir-iki variantımız var sənə pulu qaytarmaq üçün. Sən narahat olma, mən bu işin arxasında duracam, halbuki durmalı deyiləm, amma arada sən varsan, amma mən qarışmazdım, Həbib və sən uşaq deyilsiz, onun 26 yaşı, sənin 46 yaşın var. Sən ondan 20 yaş böyüksən, amma o, səni Elnur kimi barmağına fırladıb. Bir yerdə oturun, müzakirə edin, problemdən qaçmayın.

Fərman Məmmədov ile ilgili görsel sonucu

Fərman Məmmədov:

- Elmira xanım, mən 5 ay çalışdım oğlunuzla görüşüm, danışaq, Elnur da gəlsin, lakin Həbib buna imkan vermir, razılaşmır.

***

Fərman Məmmədov: "Evindəki məclisdə Elmira Axundova söylədi ki, oğlum tenderlərdə iştirak edir….”

(I hissə yazının sonunda)

İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu "Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür.Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir…

II HİSSƏ

"Təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm”

Elmira Axundovanın, oğlu Həbib Axundovun adını çəkdikləri Fərman Məmmədov özü də "Yeni Müsavat”a danışıb. Deyib ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimova qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilir:"Mən təkcə Elnur İbrahimovdan şikayətçi deyiləm. Şikayətim həm də Həbib Axundovdandır. Bunu dəfələrlə istintaqa da bildirmişəm. İstintaq araşdırmayıb. Yalnız Elnur İbrahimovun üzərinə yükləyib işlərini bitmiş hesab ediblər. İşi yarımçıq məhkəməyə göndəriblər. Məndən Həbib Axundov 575 min manat alıb. Həmin pulun 140 min manatını Həbibin xahişi ilə Elnura vermişəm. İstintaq zamanı da Həbib Axundov bunu təsdiq edib. İşin içində ifadəsi var və Həbib Axundov deyir ki, mən 140 minə zamin durmuram.

Fərman Məmmədov ile ilgili görsel sonucu

"Pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan?”

Yəni qalan məbləğə zamin olmasını təsdiqləyir. Bu gün Elmira Axundova, oğlu Həbib Axundov nə istəyirlər danışırlar, məsələnin mahiyyətindən yayınmaq üçün min bir dəxlisiz məsələlərə toxunurlar. Mənim əfqan döyüşçülərinə qarşı qanunsuzluq etdiyimi deyirlər. Qanunsuzluq etməmişəm. Etmişəmsə, buyursunlar, versinlər məhkəməyə. Həbib Axundov nə vaxtdan dövlət orqanı olub şikayət qəbul edir? Elmira Axundovadan soruşuram. Mənə borcu yox idisə, niyə mənimlə borcu qaytarmaq haqda razılığa gəlirdi?

Deyir Fərman Məmmədov zəng edirdi, bezmişdim, 250 min verdim. Belə çıxır ki, Elmira Axundovaya ardıcıl zəng edən olsa, aparıb ona da 250 min manat verəcək? Bu qədər məntiqsizlik olar? Desin görək, oğlu Həbib Axundov mənimlə borc haqda uzun-uzadı danışıb hissə-hissə qaytarmaq üçün niyə vaxt istəyirdi? Məndən borc pul almamısansa, niyə hissə-hissə qaytarmaq haqda söhbət aparırsan? Həbib Axundovdan məndən aldığı pulları tələb edirəm. Anası Elmira Axundova da çıxış edir və deyir: "Fərman Məmmədov mənə bata bilməz!” Düz deyir, mən heç vaxt belə bir fikirdə olmamışam, heç kimlə də ədavət, düşmənçilik aparmıram. Sadəcə, pulumu tələb edirəm. Vəssalam. Mən niyə kiməsə batmalıyam?

"Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar”

Əlimdə telefon danışıqları var. Həbib Axundov özü istintaqda deyir ki, 450 min manatı qaytarırlar. Pulu məndən Elnur İbrahimov alıbsa, bunun sənə, sənin anan Elmira Axundovaya adiyyəti yoxdursa, niyə 450 min manatın mənə qaytarılması haqda söhbətə çağırırsız? Niyə Şahin Məhərrəmova 3 min 500 qaytarırsan? Elmira Axundova, məni evinə dəvət eləmisən və 250 min manat borcumdan qaytarmısan axı?!Oğlun Həbib Axundov Ziya Vəliyevə də deyib ki, pulunu qaytaracaq və Ziya Vəliyev də bu gün geri çəkilib. Fərman Məmmədovu yalan danışmaqda ittiham etməklə deyil! Ortada səs yazılarınız, ibtidai istintaqa verdiyiniz ifadələriniz var axı. Bunlara nə deyəcəksiniz?

Fərman Məmmədov ile ilgili görsel sonucu

"Elmira Axundova dedi ki, ”biznes ruxnul”

Məndən Həbib Axundovun aldığı 250 min manat pulu Elmira Axundova qaytarmazdan əvvəl aramızda çox söhbətlər olub. Elmira Axundova məndən 3 ay vaxt istəmişdi. Demişdi ki, 3 aya 300 min manat pul qaytarır. Qalan 150 min manatı da hissə-hissə ödəyəcəklər. Deyirdi ki, hər il elan olunan tenderlərdən 60-100 min manat pul götürürük. Götürəcəkləri tenderdən əldə etdikləri pullarla borcumu verəcəklərini deyirdi. Səs yazılarını istintaqa təqdim etmişəm.

Elmira Axundova bu gün açıqlama verib deyir ki, Fərman Məmmədov və mənim oğlum Həbib Axundov Elnur İbrahimova faizə pul veriblər. Elmira Axundova, yumşaq desəm, doğru demir.Evindəki məclisdə Elmira Axundova dedi ki, oğlum tenderlərdə iştirak edir; onun dövlət orqanları ilə katric alverindən, ofis ləvazımatı biznesindən danışırdı. Bundan sonra da Həbib Axundov məndən biznesini böyütmək üçün pul alıb və ilk vaxtlar qaytarıb. Sonradan isə pulları vermədilər. Elmira Axundova dedi ki, "biznes ruxnul”. Axı biznes çökübsə, məntiqlə Həbib Axundov, onun anası Elmira Axundova da biz zərərçəkənlər kimi müflis olmalıdırlar. Onlar isə qəfil şəkildə varlanıblar.

Onunla aramızdakı səs yazısının stenoqramını da istintaqa, məhkəməyə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Hər dəfə pulumu istəmişəm, hər dəfə də Elmira Axundova məni sakitləşdirib, deyib ki, pulu qaytaracaqlar”.

Elmira Axundova: "… Bu gün, sabah yaxşı pullar olacaq”

Fərman Məmmədovla Elmira Axundovanın telefon danışığının stenoqramını da təqdim edirik.

Elmira Axundova Fərman Məmmədova deyir: "Pul barəsində deyim ki, pul olacaq. Tikintimiz gedir. Mehman mənə deyir ki, bu gün, sabah yaxşı pullar olacaq, Həbibdə də pul olacaq, o da öz ərazisini satır. İndi ilin əvvəlidir, qar yağır. Mən də hər gün Mehmandan soruşuram, biz səndən də çox narahatıq ki, sənə o pulları qaytarmaq lazımdır, heç olmasa hələlik böyük hissəsini qaytarmaq lazımdır. Yəni az qalıb, pul yaxınlarda olacaq, biz də oturub gözləyirik.  Heç olmasa sənə 100-150 min gərək ən azından hələlik verim. Narahat olma, 2-3 ay gözlə, pul olacaq. Biz bu işin üzərində çalışırıq, pul olmalıdır bizdə”.

Fərman Məmmədov da öz növbəsində deyir ki, deputat Elmira Axundova ilə qeyd olunan telefon danışığı 2013-cü ilin dekabrında olub. Amma ondan sonra da borcu qaytarmayıblar. Əvəzində mal-mülklərinin siyahısını artırıblar. Axundovlar heç zaman olmadığı kimi varlanıb, dəbdəbə içində yaşamağa başlayıblar.

images

Elmira Axundova, doğrudan "biznes ruxnul”?

Fərman Məmmədov deyir ki, rəsmi sorğular əsasında alınan məlumatları da istintaqa, məhkəməyə təqdim edib. Redaksiyamıza da təqdim olunan sənədlərdən belə aydın olur ki, "biznes ruxnul” deyən deputatın real maliyyə durumu bir başqadır.

Elmira Axundovanın və oğlunun mal-mülklərinin siyahısını təqdim edirik:

-"Tayota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.Sahibi: Axundova Elmira Hüseyn qızı.

-"AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.

Bundan əlavə, Elmira Axundovanın adına:

-Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

-Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

-"Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

-Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.

Həbib Axundovun adına olan əmlaklar:

-Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində "Çardaq” çay evi,

-"Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:

-"Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,

-"Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.

-"Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,

-"Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.

Hesab edirəm ki, istintaq Həbib Axundova münasibətdə düzgün qənaətə gəlməyib. Bu gün mən də, digərləri də və Həbib Axundov da iş üzrə zərərçəkən statusundayıq. Maraqlısı budur ki, bizlərdən fərqli olaraq Həbib Axundovun ibtidai istintaqda Elnur İbrahimova qarşı ifadələri yoxdur. Elnur təqsirləndirilən şəxs, Həbib Axundov zərərçəkəndirsə, bu necə olur?

Elmira Axundova mənə olan borcun 250 min manatını qaytarmazdan əvvəl dedi ki, gedin oturun araşdırın, kimin kimə nə qədər borcu var aydınlaşdırın. Ailələrinin adamı kimi Rəşidi göndərib ki, araşdırmada iştirak etsin. Rəşid, Həbib Axundov və Elnur İbrahimov Elmira Axundovanın istəyi və birbaşa göstərişi ilə mənimlə görüşdülər. Söhbət elədik, Həbib borcu dəqiqləşdirdi. Bundan sonra Elmira Axundova məni evinə dəvət etdi və borcdan 250 min manat ödədi. Dedi ki, borcun qalan hissəsini də 2 ilə ödəyəcəklər. İndi də pulu qaytarmamaq üçün bu oyunlara gedirlər. Elmira Axundova deputatdır. O, araşdırıb və dərk edib ki, borc aldıqları pulu vermək lazımdır və verib. Söz verib ki, pulun qalanını – 200 min manatı da ödəyəcək.

Elmira Axundova mənə pulu verəndə nə Firuz Haşımov, nə də Habil Vəliyev (reketliyə görə həbs olunmuş baş redaktor-red.) vardı. Məsələnin mahiyyətindən yayınmaq lazım deyil. Son məhkəmə prosesində çıxışımda Həbib Axundovun məhkəməyə gəlib cavab verməli olduğunu dedim. Elnur İbrahimovun vəkili durub Həbib Axundovu müdafiə etdi, məndən Həbib Axundov barədə danışmamağı tələb elədi. Elnurun müdafiəçisi açıq-aydın Həbib Axundova vəkillik edirdi. Hakimlər də, zalda iştirak edən media nümayəndələri də bunu gördülər”. (ardı var)

I HİSSƏ
deputat-elmira-oglu

İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu "Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.

Elmira Axundova "Real” tv-yə 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb.

Ancaq tanınmış vəkil Əkrəm Həsənov "Yeni Müsavat”a deyib ki, Elmira Axundova Fərman Məmmədovu onun səsini yazmaqda ittiham edə bilməz. Qanuni əsas yoxdur: "Fərman Məmmədovdan pul alınıbsa və o, bunu sübut etmək üçün başqa yolu qalmırdısa, nə etməli idi? Fərman Məmmədov sübutlar toplayıb və bundan problem yoxdur. Azərbaycan məhkəmələrində belə sübutlar qəbul olunur. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan bir qadını müdafiə edirdim. Zərərçəkən tərəf müdafiə etdiyim şəxsin səsini yazmışdı və məhkəməyə təqdim etdi. Məhkəmə həmin səs yazısını sübut kimi qəbul etdi. Bu normal haldır. Məni aldadırlar, borc aldıqları pulu vermirlər, mən necə sübut etməliyəm? Məcburən səsini yazıram, imkan varsa video çəkirəm ki, sonra istintaqda, məhkəmədə ortaya qoya bilim”.

Tanınmış vəkil deyir ki, Elmira Axundova deputatdır, deyil, fərq eləmir: "Elmira Axundova deputat olmazdan əvvəl vətəndaşdır və onun da səsi yazıla bilər. Yenə də deyirəm, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevə səs yazısı sübut kimi təqdim olundu. Hakim həmin səs yazısını qəbul etdi. Deməyim odur ki, burada qanunsuzluq yoxdur, məhkəmə, istintaq həmin səs yazılarına qiymət verməlidir”.

Həbib Axundov ile ilgili görsel sonucu

Yada salaq ki, bir neçə gün əvvəl mediada Həbib Axundovun dəbdəbə içində keçən həyatı haqda video yayımlanıb. Videodan deputat oğlunun özünə korluq vermədiyi, təmtəraq içində itib-batdığı görünür. Həmçinin kadrlarda Həbib Axundovun yaxtasından dənizə düşüb boğulduğu iddia olunan model Günel Mirzəyeva da var. Həbib Axundov Günel Mirzəyeva dənizdə boğulduğu ilk günlər onunla tanışlığının olmadığını iddia edirdi.

Anası Elmira Axundova da oğlu ilə Günel Mirzəyevanın münasibətlərinin olmadığını israrla iddia edirdi. Sonradan ortaya çıxan məlumatlar deputatı da, oğlu Həbib Axundovu da geri çəkilmək zorunda qoydu. Yayılan son videodan sonra Həbib Axundov müsahibə verib və iş üzrə zərərçəkən Fərman Məmmədovun, Şahin Məhərrəmovun adlarını çəkib.

"Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın”

"Yeni Müsavat”a müraciət edən Şahin Məhərrəmov deyir ki, yayılan son videodan və anası Elmira Axundovanın səs yazısından sonra Həbib Axundovun əli hər yerdən üzülüb, indi də bilmir ki, yalandan nə danışsın: "Həbib Axundovla 2013-cü il avqustun 7-də tanış olmuşam. Mən 70 min manat pulu Elvin və Ziya Vəliyevlərə vermişdim. Onlar demişdilər ki, katric işinə qoyurlar. Sonradan problem yaranmışdı. Həmin məsələni müzakirə etmək üçün Zabitlər bağında Elvin və Ziya Vəliyevlə çay içirdik. Həmin vaxt Ziya Vəliyevə Həbib Axundov zəng elədi. Dedi ki, Elnuru gətirirlər. Getdik ”Nizami” metrosunun yanına. Ora ağ rəngli "Nissan X Trail”, bir də "Porşe” markalı maşınlar gəldi. Hər iki maşının nömrəsi 111-lə qurtarırdı. Maşından 6 nəfər adam düşdü.

Bu epizod mənə bandanı xatırlatdı. Həbib Axundov maşından düşdü, 6 nəfərdə ətrafına toplaşdı. Tanımadığım şəxslər idi. Həbib dedi ki, Elnur İbrahimov maşındadır, onu Qəbələdən gətiririk, vurub Elnurun burnunu sındırdığını söylədi. Anası Elmira Axundovanın da üzünə tüpürdüyünü dedi. Bildirdi ki, anası Oruc Zalova müraciət edib, işlə o məşğul olacaq. Elnur dedikləri adam da maşında oturmuşdu. Həbibin yanındakı uşaqlar bizi ona yaxınlaşmağa imkan vermədilər. Biz də istəyirdik ki, ona yaxınlaşaq, pulların harada olduğunu soruşaq. Elnurun üzünü görmədik. Bizim yanımızdan Ziya Vəliyev gedib Elnurun olduğu "Nissan”a mindi, Həbib də onlarla getdi”.Həbib Axundov ile ilgili görsel sonucu

Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra ölkədən qaçırılıb!

Şahin Məhərrəmov deyir ki, ondan Vəliyevlər pulu alanda Dubaydan katric gətirib Azərbaycanda satılacağını deyiblər: "Həmin gün Həbibi ilk dəfə idi ki, görürdüm. Orada Həbib dedi ki, piramida dağılıb. Kartic ləvazimatları biznesi olmayıb, piramida olub, piramida da dağılıb. Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə görüşdən 2 gün sonra – avqustun 9-da ölkəni tərk etdi. Biz bunu avqustun 25-də bildik. Öyrəndik ki, Gürcüstana keçib”.

"Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun”

Şahin Məhərrəmov deyir ki, Həbib Axundovla bir də 2 il sonra görüşüb: "2015-ci ildə deputat seçkilərindən sonra Həbib mənə zəng elədi. Dedi, Masallıdayam, mama deputat seçildi. Siz kimsiz ki, mənim haqqımda mətbuata şikayət yazırsız. Məni hədələyirdi. 3 gün sonra məni ”Çardaq” çay evindəki ofisə çağırdı. Elmira da ora gəldi. Dedi ki, razılaşın, Həbiblə bir yerdə olun. Dedi, nə lazımsa, köməklik edəcək. Pul təklif elədi, dedi, Fərman Məmmədovdan aralaş. Mənə dəymiş 70 min manat ziyanın 5 min manatını ödəyəcəyinə boyun oldu. 3 min 500 manat verdi, qalanını vermədi. Həbib Axundovun son müsahibəsində mənim barəmdə danışdıqları ağ yalandır”.

"…Səs yazıları bu gün ortadadır”

Həbib deyir ki, guya Fərman Məmmədov mənə pul verib və onun üzünə dayanmağımı istəyib. Həbib Axundovun məndə səs yazısı var. Mənə təklif edirdi ki, onun yanında olum və o, 2 aya Fərman Məmmədovun, onun ətrafındakı zərərçəkənlərin axırına çıxacaq. Həbib Axundov bilirdi ki, Fərman Məmmədovda onun və anası Elmira Axundovanın səs yazıları vardı.Həmin səs yazıları bu gün ortadadır. Həbib Axundov istəyirdi ki, həmin səs yazıları yayılmasın. Ona görə də bütün zərərçəkənləri Fərman Məmmədovun yanından uzaqlaşdırmağa çalışırdı. Mənə deyirdi ki, bax onun başına nə oyun açacağam. Halbuki həmin səs yazıları bütün həqiqəti ortaya qoyur”.

"Elnur İbrahimov bu cinayəti tək törətməyib. Dəstənin başında dayanan və əlaltıları var”

Şahin Məhərrəmov deyir ki, zərərçəkən kimi tanındığı iş üzrə hazırda Bakı Ağır Cinayət Məhkəməsində proses keçirilsə də, faktiki, ibtidai istintaq obyektiv aparılmayıb: "Tələbim odur ki, işi ibtidai istintaqa qaytarsınlar. Səs yazılarını, faktları araşdırıb sonra məhkəməyə göndərsinlər. Elnur İbrahimov bu cinayəti tək törətməyib.Dəstənin başında dayanan və əlaltıları var. Cinayət də açıqdır. Xahiş edirəm, iş düzgün aparılsın. İstintaq yenilənsin. İstintaq qurtarıb məhkəməyə gedəndə müstəntiq məni çağırdı, dedi, səndən pulu Elnur İbrahimov almayıb, get Elvin və Ziyaya qarşı mülki iddia qaldır. Müstəntiqə dedim ki, niyə araşdırıb məsuliyyətə cəlb etmədiz? Dedi sənin işin mülki iddia ilə həll oluna bilər. İstintaq başdansovdu aparılıb. İbtidai istintaqa qaytarıb baş prokurorun şəxsi nəzarəti altında yenidən araşdırsınlar”(musavat.com).



Oxşar Xəbərlər

Xəbər lenti