Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Gürcüstanın Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası sentyabrın 6-da keçiriləcək.
Bu barədə T.Abazovun vəkili Qagi Mosiaşvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, atıq üç aydır ki, T. Abazova qarşı irəli sürülən ittihamla bağlı araşdırmalar davam edir: "Ona qarşı ağır ittiham irəli sürülüb, lakin heç bir fakt yoxdur. Zərərçəkənin verdiyi ifadələr əsassız və yalandır. Prokurorluq araşdırmaları başa çatdırıb. Biz Temur Abazovun günahsız olduğunu sübut etməyə hərtərəfli hazırıq".
Q.Mosiaşvili qeyd edib ki, T.Abazovun sağlamlıq durumu yaxşıdır və o, mübarizə aparmağa hazırdır: "Biz inanırıq ki, məhkəmə onun günahsız olduğunu görəcək və ədalətli qərar qəbul edəcək".
Qeyd edək ki, T.Abazov bu ilin iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.
Sozcu.info