İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib-FOTO

 

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

 

19 sentyabr 2018-ci il tarixdə Heydər Əliyev mərkəzində "Ümummilli lider Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlər: onların qorunması və zənginləşdirilməsi yolları” mövzusunda İdarəetmə məktəbinin növbəti məşğələsi keçirilib. Məşğələdə ağsaqqal ziyalılar, veteranlar, gənclər, din xadimləri, pedaqoji işçilər, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

"Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsini giriş nitqi ilə açan YAP rayon təşkilatının sədri, RİH başçısının müavini Sevil Əhmədova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əbədilik və dönməzlik xarakteri verdiyi dövlət müstəqilliyimizin əsasında bütün vacib istiqamətlərlə yanaşı, milli-mənəvi dəyərlər, onların qorunması və zənginləşdirilməsi əsas yer tutur.

Ümummilli liderin söylədiyi kimi: "Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə insanları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət və ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mədəniyyət ruhunda tərbiyə etməliyik”- fikiri bu günümüz üçün də aktualdır.

Bu günümüz və gələcəyimiz üçün vacib olan bu fikirlərə əsaslanıb qeyd etməliyik ki, hər hansı bir cəmiyyətdə milli-mənəvi dəyərlər cəmiyyətin ahəngdarlığını təmin edir. Gənclərin tərbiyəsində milli-mənəvi dəyərlər mühüm əhəmiyyət kəsb edir.

Giriş nitqindən sonra mövzuya dair rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov məruzə edib.

Buynuz kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytac Ziyadxanlı, Əməkdar müəllim Şəfaqət Rəsulov və Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlov mövzuya müxtəlif aspektlərdən yanaşmaqla məzmunlu çıxış ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, "Heydər Əliyev idarəetmə məktəbi”nin təsisçisi Mirdaməd Sadıqov mövzunu hərtərəfli əhatə edən çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlər mütləq tərbiyə işinin təməli olmalıdır. Əsil vətəndaş yetişdirməkdə, vətənpərvər gənc tərbiyə etməkdə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti əsas götürülməlidir. Milli-mənəvi dəyərlərin əsasında tərbiyə ona gətirib çıxarmalıdır ki, hər bir insan özünü azərbaycanlı, azərbaycançı, dövlət qarşısında borclu, ailəsi üçün cavabdeh, fəaliyyət sahəsi üçün məsul bilsin, islami dəyərləri düzgün qiymətləndirməyi bacarsın.

Sozcu.info

 

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

                                İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti  məşğələsi keçirilib-FOTO

 


 


 


 



Oxşar Xəbərlər

Xəbər lenti