Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri sərvətinin mənbəyini açıqlamağa borcludur
Səudiyyəli jurnalistin vəhşicəsinə qətlə yetirilməsinin detatları barədə türkürpədici məlumatların yayılması, əmisi oğlunun arvadını qaçıran Qubalı gəncin linç edilməsini əks etdirən video kimi şok məlumatların yayılmasına baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının sərvəti haqqındakı məlumatlar gündəmdən düşmür.
Qeyd edək ki, oktyabrın 5-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni nizamnaməsini təsdiq etdi. Yeni Nizamnamə ilə də əksini tapıb.Palatanın idarəetmə orqanı olaraq İdarə Heyəti təsdiq edildi və Direktorlar Şurası ləğv edildi. Bununla da Şuranın sədri Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itirdilər. Ardınca da Rüfət Aslanlının sərvəti haqqında məlumatlar yayılmağa başladı. Bu istiqamətdə ilk xəbərlər sabiq sədrin saat koleksiaysı ilə bağlı oldu. Məlum oldu ki, Rüfət Aslanlı qiyməti 50-150 min dollar arasında dəyişən Parmigiani Fleurier Kalp-a, 200 min dollar qiyməti olan Tourbillon-a, qiyməti 53 min dollar olan Patek Philippe Nautilus-a, qiyməti 88 min dollar olan Vacheron Constantin Perpertual-a malikdir.
Ən ucuzu 53 min dollar olan bu satların adını ilk dəfə eşidən sıravi oxucunu isə Rüfət Aslanlının maşın kolleksiyası barədə xəbərlər gözləyirdi. Mediada yayılan məlumatlara görə, Rüfət Aslanlı ondan artıq bahalı avtomobilə malikdir. Onların arasında 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan göy rəngli Porshe Boxter (10 SN 003), 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) kimi maşınlarla yanaşı qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035) avtomobilləri var. Bu avtomobillərdən biri 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın, digərləri isə Rüfət Aslanlıya məxsus "Tədarük” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına sənədləşdirilib. Mediann araşdırması zamanı məlum olub ki, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) "Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili – qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə "təhkim edilib”. BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik "Ş.İnşaat”-ın adına rəsmiləşdirilib.
Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Banka isə Rüfət Aslanlının doğma qardaşı Fuad Aslanov rəhbərlik edir.
Çox yaxın günlərdə Rüfət Aslanlının daşınmaz əmlakı ilə bağlı məlumatların yayılması da gözlənilir. Sabiq məmurun ölkə xaricində mülkünün və digər daşınmaz əmlakının, bank hesablarının olmaması isə həqiqətən təəccüblü olardı.
İndi Rüfət Aslanlı bu sərvətinin mənbəyini açılamağa sadəcə olaraq borcludur. Bundan başqa qüvvədə olan qanunvericilik Rüfət Aslanlanın cinayət məsuliyyətinə cəlb edilməsi gündəmə gəlməlidir. Məlum olduğu kimi Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası prezident İlham Əliyevin 30 sentyabr 2005-ci ildə imzaladığı sərəncamla qüvvəyə minib. Həmin Konvensiyasının 20-ci maddəsinə görə "Öz konstitusiyasına və hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir iştirakçı Dövlət qanunsuz varlanmanı, yəni dövlət vəzifəli şəxsin əmlakının onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandıra bilmədiyi xeyli artımını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım gələn qanunvericlik və başqa tədbirlərin görülməsi məsələsinə baxır”. Bu maddə tamamilə Rüfət Aslanlıya münasibətdə tətbiq oluna bilər.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirən Rüfət Aslanlı Aqrar Sənaye Bankında mühasibat uçotu idarəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində çalışıb. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995- ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Milli Bankı İdarə Heyətinin üzvü, 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifələrini tutub. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. 10 mart 2016-cı ildən oktyabrın 5-nə kimi Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri olub. Yəni bu adam son 25 ildə dövlət məmuru olub. İndi Rüfət Aslanlı Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 20-ci maddəsinin tələblərinə uyğun olaraq mətbuatda açıqlanan sərvətini onun öz qanuni gəlirlərinə nisbətdə ağlabatan surətdə əsaslandırmalıdır. Əks halda bu Rüfət Aslanlının korrupsiya qurşandığının təsdiqi olmalıdır. Əgər Rüfət Aslanlı sərvətinin mənbəyini açıqlamağa hazırdırsa, "Yeni Sözçü” qəzeti ona öz səhifələrində yer ayırmağa hazırdır.
"Yeni Sözçü” qəzetinin Araşdırma qrupu