Rüfət Aslanlı şəxsi Allahlıq iddiasının qurbanı oldu

 

Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri vəzifəsindən çıxarılması ümidi verir ki, bu struktur, ona həvalə olunmuş mühüm dövlət missiyasını-Azərbaycanın bütün maliyyə sektorunun effektiv işinə kömək etmək kimi vəzifəni nəhayət, icra etməyə başlayacaq.

Bunu virtualaz.org-a açıqlamasında maliyyə eksperti Əkrəm Həsənov deyib.

"Aslanlı, necə deyərlər, çox odun doğrayıb və indi dövlətə o məsələlərin həllinə yenidən başlamaq lazım gələcək, hansılar ki, əvvəlcədən bu təşkilatın qarşısında qoyulmuşdu. Artıq görünür ki, bank nəzarəti funksiyaları daha Mərkəzi Banka qayıtmayacaq. Vaxtilə ölkə Prezidenti bank sektoru, qiymətli kağızlar bazarı və sığorta sferası üzərində vahid maliyyə nəzarəti orqanını yaratmaqla düzgün qərar qəbul etmişdi. Düşüncəyə görə, bu üç maliyyə istiqaməti arasında effektiv qarşılıqlı əlaqə olmalı və hamısı vahid standartlar üzrə tənzim edilməliydi. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası özünün iki il yarımlıq mövcudluğu dövründə bu strateji məsələnin həlli üçün heç nə etmədi", - deyə Ə.Həsənov bildirib.

 

Palatanın indi artıq sabiq rəhbəri R.Aslanlı sığorta və qiymətli kağızlar bazarının mövcudluğunu unudub, bank sektorunda cəmləşdi. Həmin vaxtda sığorta bazarının vəziyyəti daha da pisləşdi. Belə məlum oldu ki, Maliyyə Nazirliyi bu funksiyanın öhdəsindən daha yaxşı gəlirdi.

"Palatada deyə bilərlər ki, eyni vaxtda üç sferada vəziyyəti lazımi şəkildə qaydaya salmaq obyektiv cəhətdən çətin idi... Ədalət naminə qeyd etmək lazımdır ki, 2015-ci il devalvasiyasından sonra əsas problemlər bank sektorunda üzə çıxdı və ola bilər ki, Palata buna görə yalnız onlarla məşğul olurdu. Hər halda biz ölkənin maliyyə sferası üzərində vahid nəzarət orqanı görmədik", - ekspert əminliklə deyib.

İlk baxışda elə görünə bilər ki, o, bank sferasını Palatanın Mərkəzi Bankdan daha yaxşı nizama saldığını etiraf edir. Amma nəzərə almaq lazımdır ki, Mərkəzi Bank kreditlər verir və eyni zamanda bank nəzarətini həyata keçirirdi. Belə vəziyyətdə effektiv bank nəzarəti obyektiv olaraq qeyri-mümkündür. Nəticədə Mərkəzi Bank banklara münasibətdə əhəmiyyətli "yumşalmalara” gedirdi, halbuki praktiki olaraq bütün kredit portfelləri dollarlarla idi. Və bütün bunlar nəticədə bu sferada böhrana gətirib çıxardı.

Əvvəlcə Palata banklara daha dəqiq qaydalar və daha təsirli nəzarət tətbiq etdi. Və nəticə vardı: banklar kreditləri böyük məsuliyyətlə verməyə başladılar. Ancaq bankların yenidən qurulması üzrə nəzarət strukturundan heç bir xilas planı görmədik. Bu problemin həllinə kompleks və sistemli yanaşma ilə bağlı heç bir təklif gəlmədi. Halbuki 2016-cı ilin sonunda ölkənin Prezidenti tərəfindən təsdiq edilmiş Strateji Yol №xəritəsində maliyyə strukturlarının inkişafı üzrə onların qarşısında məhz bu vəzifə qoyulmuşdu.

"Rüfət Aslanlı Azərbaycan ictimaiyyətini dəfələrlə şəxsən aldadıb. Məsələn, 2016-cı ilin aprelində o bildirdi ki, bu il artıq bankların müflisləşməsi olmayacaq və işlər bütün bu sferanın yaxşılaşdırılmasına doğru gedir. Amma artıq elə həmin 2016-ci ilin iyulunda dörd bankın bağlanmasına o özü təşəbbüs etdi. Bu, Aslanlının sözü ilə əməlinin düz gəlməməsinin ilk təsdiqi idi. Amma dörd bankın lisenziyalarının geri çağırılmasından sonra o bildirdi ki, ləğv prosesi "Standart" bankına toxunmayacaq. O onda bu bankın yaxşılaşdırılmasına şəxsən qərar verdi, halbuki o zaman qüvvədə olan "Banklar haqqında" qanuna görə, sağlamlaşdırma prosesinin keçirilməsi üçün Nazirlər Kabinetinin qərarı və hökumət tərəfindən təsdiq edilmiş plan tələb olunurdu. "Standart" bankı barəsində isə heç kim nə belə qərar, nə də plan qəbul etməmişdi.

"Bununla belə, mayda Aslanlı "Standart" bankının sağlamlaşdırılması prosesinə başladı, amma iyunda birdən bildirdi ki, həmin sağlamlaşdırmanın planını hazırlayır. Və bir neçə ay o, mətbuatda fasiləsiz iddialar səsləndirirdi ki, "Standart" müflis olmayacaq, çünki dövlət bu maliyyə strukturunun sağlamlaşdırılması üzrə proses həyata keçirir. Amma 30 sentyabrda bu bankı müflis elan etdi. Bütün bunlar ictimaiyyətin dövlətə etibarına müəyyən dərəcədə mənfi tərzdə təsir etdi. Axı Aslanlı dövlət adından danışırdı…", - deyə ekspert həmin dövrü xatırladıb.

Ə.Həsənovun fikrincə, Aslanlının günahı hər şeydən əvvəl onda idi ki, o ona tapşırılmış strukturun əsas missiyasını reallaşdırmadı: banklarla Mərkəzi Bank arasında dəqiq qarşılıqlı əlaq yaratmadı. Məlum olduğu kimi, bankların əsas problemi likvidliyin çatışmazlığındadır, eyni zamanda onlar Palatanın məktubu olmadan Mərkəzi Bankdan kreditlər götürə bilmirdilər. Və Aslanlı belə məktubları tək ona məlum olan hansısa məntiqlə, seçmə qaydasında verirdi.

Ancaq Aslanlının işində ən böyük problem o idi ki, onun pis xarakteri ilə strukturda son dərəcə qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxaran ikihakimiyyətlilik yarandı. Palatanın təlimatına uyğun olaraq, təşkilatın İdarə Heyəti müəyyən funksiyalara malikdir və Direktorlar Şurasına tabedir. Ancaq Aslanlı onun səlahiyyətlərinə iddia etməyə başladı. Bu idarədaxili münaqişələr doğurdu, nəticədə faktiki olaraq bütün Palatanın işini iflic etdi. 2017-ci ilin iyulunda Palatanın nizamnaməsinə dəyişikliklər edildi və əsas rəhbərlik funksiyaları İdarə Heyətinə keçdi, amma münaqişələr, davalar və bütovlükdə qeyri-sağlam mühit qaldı”, - ekspert qeyd edib.

Ə.Həsənov eyni zamanda təsdiq edib ki, R.Aslanlı bank sferasında savadlı mütəxəssisdir və o buna Mərkəzi Bankda onunla birgə işldiyi illər ərzində əmin olub.

"Amma onun ambisiyaları həmişə Allahlıq iddiaları həddində idi. Düşünürəm ki, onu məhz bu, pis vəziyyətdə qoydu. Və nəticədə o, maliyyə bazarlarına nəzarət palatası ideyasının özünü etibardan saldı.

Buna baxmayaraq, dövlət başçısı strukturu saxlamaq barədə müdrik qərar qəbul etdi, çoxlarına imkan verdi anlasınlar ki, pis rəhbərlik hələ maliyyə sferası üçün vahid nəzarətin təşkili fikrinin qeyri-məhsuldar olması demək deyil”, - deyə ekspert sonda vurğulayıb.

Ceyhun Nəcəfov



Oxşar Xəbərlər

Xəbər lenti