İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyini təklif edib

 İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyini təklif edibİranın Azərbaycan Respublikasındakı səfiri Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olmasından xəbər verib.

ISNA-nın məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin ANS telekanalının verilişində deyib ki, İranın Qarabağ məsələsinin həlli qarşısındakı siyasəti dəyişməyib və Tehran bu qənaətdədir ki, bu münaqişə ölkələrin ərazi bütövlükləri çərçivəsində, ədalətli surətdə və beynəlxalq qətnamələrin icrası yolu ilə həll olunmalıdır.

İranın Bakıdakı səfiri Türkiyə-Rusiya ixtilafları barədə də bu iki ölkənin İranın qonşusu və İranın hər iki ölkə ilə əlaqələrinin yaxşı və strateji olduğunu bəyan edərək, bildirib ki, İran İslam Respublikası terrorizmlə mübarizə tərzi barədə Türkiyə ilə müzakirə aparacaq və bu istiqamətdə iki tərəfin nəzərlərinin bir-birinə yaxınlaşmasına çalışır.

Pak Ayin eyni zamanda vurğulayıb ki, terrorizm reigon, o sıradan İran, Azərbaycan Respublikası və bütün Qafqaz ölkələri üçün bir təhdiddir və bu gün Rusiyanın terrorizmlə mübarizə aparması dəyərli bir hərəkətdir və o, dəstəklənməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti